Tarix:16/09/15
Belə ki, yeni spesifikasiya barmaq, ovuc, üzün skan edilməsi və yaxud səsin tanınması yolu ilə tranzaksiyanı təsdiq etməyə imkan verəcək. Şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemi EMV (çip) standartına uyğun olacaq. "Visa" yeni yaratdığı sistemdən həm fırıldaqçılıq hallarının qarşısını almaq, həm də təhlükəsiz ödəniş həyata keçirmək üçün istifadə edəcək.
Yeni sistemin iş prinsipi elə şəkildə qurulmuşdur ki, barmaq izləri və yaxud digər biometrik məlumat biometrik oxucu tərəfindən şifrlənir və sonradan yoxlanılır. Beləliklə, istifadəçilərin biometrik məlumatları hər hansı bir şəkildə mərkəzi məlumat bazalarında saxlanılmır.
"Visa"nın yeni spesifikasiyası EMV standartı üzərində yaradıldığından bütün dünya üzrə 3,3 milyarda yaxın çipli kart istifadəçisi üçün əlçatan olacaq. Yeni sistemi ilk olaraq Cənubi Afrika bankı olan "Absa Bank" sınaqdan keçirir.
“Visa” şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemini yaradıb
"Visa" şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemini yaratdı. Beynəlxalq ödəniş sistemi olan "Visa" çipli plastik kart istifadəçilərinin biometrik aydınlaşdırılması (identifikasiyası) üçün yeni spesifikasiyanı təqdim etmişdir.Belə ki, yeni spesifikasiya barmaq, ovuc, üzün skan edilməsi və yaxud səsin tanınması yolu ilə tranzaksiyanı təsdiq etməyə imkan verəcək. Şəxsiyyətin biometrik üsulla təsdiqləmə sistemi EMV (çip) standartına uyğun olacaq. "Visa" yeni yaratdığı sistemdən həm fırıldaqçılıq hallarının qarşısını almaq, həm də təhlükəsiz ödəniş həyata keçirmək üçün istifadə edəcək.
Yeni sistemin iş prinsipi elə şəkildə qurulmuşdur ki, barmaq izləri və yaxud digər biometrik məlumat biometrik oxucu tərəfindən şifrlənir və sonradan yoxlanılır. Beləliklə, istifadəçilərin biometrik məlumatları hər hansı bir şəkildə mərkəzi məlumat bazalarında saxlanılmır.
"Visa"nın yeni spesifikasiyası EMV standartı üzərində yaradıldığından bütün dünya üzrə 3,3 milyarda yaxın çipli kart istifadəçisi üçün əlçatan olacaq. Yeni sistemi ilk olaraq Cənubi Afrika bankı olan "Absa Bank" sınaqdan keçirir.
Baxış sayı: 566
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır