12px13px15px17px
Tarix:17/09/15

Saytların yalnız 22 faizi «Adobe Flash» texnologiyasından istifadə edir

«Statista» portalı yazır ki, öz veb səhifələrində «Adobe Flash» texnologiyasından istifadə edən saytların payı 22 faizədək azalıb.
 
 
«Alexa Top 10000» reytinqinin məlumatına görə, avqustda «Flash» texnologiyasından istifadə edən saytların sayı son 4 ildə 50 faiz azalıb.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» resursuna istinadən yazır ki, hazırda şirkətlərin çoxu təhlükəsizlik baxımından «Flash» texnologiyasının istifadəsindən imtina edir. Belə ki indi «Firefox» brauzerində «Adobe Flash Player» plaqini başlanğıc ayar kimi söndürülüb. Bundan başqa, «Google» şirkəti «YouTube» videohostinqini «HTML5» texnologiyasına keçirərək, həmçinin «Flash Player» texnologiyasının istifadəsindən imtina edib.
 
 
Xatırladaq ki, məhz Stiv Cobs bu texnologiyanı köhnə və bağlı adlandırıb, «Adobe» şirkətini öz məhsulunda səhvləri düzəltməməkdəə ittiham edib  və «HTML5» standartından istifadəyə çağırıb.
 
 
Emil Hüseynov



Baxış sayı: 824

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024