12px13px15px17px
Tarix:17/09/15

Beynəlxalq mobil operatorlar messencerlərin fəaliyyətinin tənzimlənməsi təşəbbüsü ilə çıxış edib

"WhatsApp", "Viber" və "Skype" kimi servislərin fəaliyyətinin tənzimlənməsi  təşəbbüsü ilə bir çox ölkələrdə, o cümlədən ABŞ, Avropa ölkələri, Fransa və  Rusiyada mobil rabitə operatorları çıxış ediblər. Onların narazılıqları mobil rabitə abunəçilərinin SMS, MMS xidmətlərindən tədricən imtina etməsi  və nəticə olaraq bu seqmentdən əldə edilən gəlirlərin azalması ilə bağlıdır.
 
 "J'son & Partners Consulting" şirkətinin keçirdiyi araşdırma nəticəsində məlum olub ki, bu səbəbdən Rusiya mobil operatorları 2014-cü ildə   2% gəlir itkisi ilə üzləşib.
 
Mobil operatorlar "WhatsApp", "Viber" kimi servislərin mobil internetə tələbat yaratdığını danmırlar. Lakin onlar OTT servislərinin terrorçular və spam yayanlar tərəfindən geniş istifadə edildiyini bildirirlər. Belə olan halda, mobil rabitənin və internetin daim tənzimlənməyə və nəzarətə ehtiyacı var. Çünki terrorçular, spam paylayıcıları, cinayətkarlar mobil rabitədən geniş şəkildə istifadə edirlər.
 
 Əlbəttə ki, mobil rabitə operatorlarının mövqeyi anlaşılandı, çünki kommersiya qurumu istənilən gəlir itkisini nəzərə almalıdır.
 
Beynəlxalq ekspertlərin rəylərinə əsasən, mobil əlavələr müasir mobil internet bazarının inkişafını təmin edən amildir və artıq şirkətlər əyləncəli kontentin yaradılmasını kənara qoyaraq, daha çox rəqəmli - xidmət çeşidinin genişləndirilməsinə diqqət yetirirlər. İnsanlar artıq bütün bank və ödəniş əməliyyatlarını öz mobil qurğuları vasitəsilə həyata keçirməyə üstünlük verirlər. SMS və MMS xidmətləri isə, internet olmadığı halda, alternativ bir məlumat ötürmə servisi kimi müştərilərə göstərilə bilər.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 978

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024