12px13px15px17px
Tarix:17/09/15

"Bakcell"in “Ulduzum” proqramı “Ən yaxşı istehlakçı xidməti” mükafatına layiq görülüb

Azərbaycanın ilk mobil operatoru "Bakcell"in “Ulduzum” proqramı “Ən yaxşı istehlakçı xidməti” mükafatına layiq görülüb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Dubayda keçirilən “The Telecoms World Middle East Awards 2015” mükafatlandırma mərasimində Orta Şərq, Mərkəzi və Şərqi Asiya və Şimali Afrika ölkələrində fəaliyyət göstərən 250 şirkət arasında "Bakcell"in “Ulduzum” proqramı birinci yerə layiq görülüb.
 
Bu proqram çərçivəsində “Bakcell” bütün abunəçilərə Avto, Sağlamlıq və gözəllik, Kafe / Restoran, Elektron və məişət texnikası, TV və Əyləncə, Onlayn xidmətlər və mağazalar, Mebel, Geyim və aksessuarlar kimi müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir.
 
“Ulduzum” proqramına qoşulan hər bir kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində  və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər. 
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 539

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024