Tarix:18/09/15
«eMarketer» və «Starcom Mediavest Group»un proqnozuna əsasən, 2015-ci ildə smartfon istifadəçilərinin sayı 27 faiz artacaq.
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, «eMarketer» və «Starcom Mediavest Group» («SMG») kommunikasiya qrupu dünyanın 6 regionunda (Asiya-Sakit okean, Şimali Amerika, Latın Amerikası, Mərkəzi və Şərqi Avropa, Qərbi Avropa, Yaxın Şərq və Afrika) media sənayesinin inkişafını qiymətləndirən "Global Media Intelligence Report-un" illik hesabatını dərc ediblər.
Hesabata əsasən, 2015-ci ildə dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 61,1 faiz təşkil edəcək. 2019-cu ilə bu göstərici 67,1 faizə yaxınlaşacaq. Hazırda Mərkəzi və Şərqi Avropa mobil telefonların nüfuzetmə səviyyəsinə görə dünyanın üçüncü regionudur. Bu regionda yaşayan əhalinin 69,1 faizi aylıq mobil rabitədən istifadə edir. ABŞ-da bu göstərici 80,2 faiz, Qərbi Avropada 80,1 faiz təşkil edir. «eMarketer» və «Starcom Mediavest Group»un proqnozuna görə, 2015-ci ildə Mərkəzi və Şərqi Avropada mobil telefon istifadəçilərinin sayı 298 milyon, 2016-cı ildə isə 303 milyon təşkil edəcək.
Bu regionda smartfonların nüfuzetmə səviyyəsi dünyanın başqa regionları ilə müqayisədə elə də yüksək deyil. 2015-ci ildə Mərkəzi və Şərqi Avropada smartfon istifadəçilərinin sayı 144,3 milyon (mobil telefon sahiblərinin sayından 50 faiz az) təşkil edəcək. Mərkəzi və Şərqi Avropa bu göstərici üzrə yalnız Yaxın Şərq və Şimali Afrikanı ötür. Qərbi Avropada bu göstərici 65 faiz, Şimali Amerikada isə 74 faiz təşkil edir. Ancaq Mərkəzi və Şərqi Avropa smartfonların nüfuzetmə səviyyəsinə görə dünyada liderdir.
İnternetin nüfuzetmə səviyyəsinə gəldikdə, davamlı artmağa davam edir, «eMarketer» və «Starcom Mediavest Group»un məlumatına görə, 2014-cü ildə region sakinlərinin 50 faizindən çoxu ayda ən azı bir dəfə internetə daxil olub, 2015-ci ildə bu göstərici 55 faizədək artacaq. Polşa və Rusiyada internetin nüfuzetmə səviyyəsi regionun başqa ölkələri ilə müqayisədə yüksəkdir, ancaq Qərb ölkələrindən geri qalır.
Emil Hüseynov
Mərkəzi və Şərqi Avropa smartfonların nüfuzetmə səviyyəsinə görə dünya lideridir
Mərkəzi və Şərqi Avropada yaşayan 144,3 milyon nəfər ən azı bir smartfondan istifadə edir. «eMarketer» və «Starcom Mediavest Group» kommunikasiya qrupunun yeni "Global Media Intelligence Report" hesabatına əsasən, bu region smartfonların nüfuzetmə səviyyəsinə görə hələ ki ABŞ və Şərqi Avropadan geri qalmasına baxmayaraq, nüfuzetmənin artım tempinə görə dünyada liderdir.«eMarketer» və «Starcom Mediavest Group»un proqnozuna əsasən, 2015-ci ildə smartfon istifadəçilərinin sayı 27 faiz artacaq.
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, «eMarketer» və «Starcom Mediavest Group» («SMG») kommunikasiya qrupu dünyanın 6 regionunda (Asiya-Sakit okean, Şimali Amerika, Latın Amerikası, Mərkəzi və Şərqi Avropa, Qərbi Avropa, Yaxın Şərq və Afrika) media sənayesinin inkişafını qiymətləndirən "Global Media Intelligence Report-un" illik hesabatını dərc ediblər.
Hesabata əsasən, 2015-ci ildə dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 61,1 faiz təşkil edəcək. 2019-cu ilə bu göstərici 67,1 faizə yaxınlaşacaq. Hazırda Mərkəzi və Şərqi Avropa mobil telefonların nüfuzetmə səviyyəsinə görə dünyanın üçüncü regionudur. Bu regionda yaşayan əhalinin 69,1 faizi aylıq mobil rabitədən istifadə edir. ABŞ-da bu göstərici 80,2 faiz, Qərbi Avropada 80,1 faiz təşkil edir. «eMarketer» və «Starcom Mediavest Group»un proqnozuna görə, 2015-ci ildə Mərkəzi və Şərqi Avropada mobil telefon istifadəçilərinin sayı 298 milyon, 2016-cı ildə isə 303 milyon təşkil edəcək.
Bu regionda smartfonların nüfuzetmə səviyyəsi dünyanın başqa regionları ilə müqayisədə elə də yüksək deyil. 2015-ci ildə Mərkəzi və Şərqi Avropada smartfon istifadəçilərinin sayı 144,3 milyon (mobil telefon sahiblərinin sayından 50 faiz az) təşkil edəcək. Mərkəzi və Şərqi Avropa bu göstərici üzrə yalnız Yaxın Şərq və Şimali Afrikanı ötür. Qərbi Avropada bu göstərici 65 faiz, Şimali Amerikada isə 74 faiz təşkil edir. Ancaq Mərkəzi və Şərqi Avropa smartfonların nüfuzetmə səviyyəsinə görə dünyada liderdir.
İnternetin nüfuzetmə səviyyəsinə gəldikdə, davamlı artmağa davam edir, «eMarketer» və «Starcom Mediavest Group»un məlumatına görə, 2014-cü ildə region sakinlərinin 50 faizindən çoxu ayda ən azı bir dəfə internetə daxil olub, 2015-ci ildə bu göstərici 55 faizədək artacaq. Polşa və Rusiyada internetin nüfuzetmə səviyyəsi regionun başqa ölkələri ilə müqayisədə yüksəkdir, ancaq Qərb ölkələrindən geri qalır.
Emil Hüseynov
Baxış sayı: 511
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır