12px13px15px17px
Tarix:18/09/15

Elektron elmin inkişafına dair Fəaliyyət Planında nəzərdə tutulmuş məsələlərin icra vəziyyəti müzakirə olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi Şurasının iclasında AMEA üzrə Elektron elmin inkişafına dair Fəaliyyət Planında nəzərdə tutulmuş məsələlərin icra vəziyyətinə dair məruzə edilib.


İTİ-dən bildirilib ki, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov Fəaliyyət Planı çərçivəsində AMEA-nın institut və təşkilatlarının, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
 
 Onun sözlərinə görə, AMEA-nın texniki təminatı, “AzScienceNet” şəbəkəsinin Data Mərkəzinin istismarı, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
 
 Akademiya üzrə böyük hesablama gücünə və yaddaş resurslarına tələbatı olan elmi araşdırmaların aparılması üçün İnternet üzərindən bulud xidmətləri göstərilir. Baş mühəndis qeyd edib ki, akademiya üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, Elektron elmin formalaşmasının elmi-praktiki problemlərinin araşdırılması, ölkədaxili və beynəlxalq inteqrasiyasının inkişaf etdirilməsi görülən işlər sırasındadır.
 
 
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 24 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Fəaliyyət Planındakı məsələlərin icrası istiqamətində “Elektron elmin monitorinqi” informasiya sisteminin yaradılması, Elektron elmin indikatorları üzrə analizin aparılması, monitorinqin nəticələrinin dəyərləndirilməsi və təkliflərin işlənilməsi kimi bir çox tədbirlər həyata keçirilib.
 
 Həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrində distant tədris mərkəzləri yaradılıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024