Tarix:18/09/15
Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların lisenziya almaq məqsədi ilə müraciətlərinin elektron formada qəbulunu təşkil etmək məqsədi ilə yaradılır.
“Hazırda artıq portalın yaradılması istiqamətində işlərə başlamışıq və bu ilin sonuna kimi portalın işə salınması imkanı istisna edilmir. Burada bizim əsas məqsədimiz həmişə olduğu kimi, vətəndaşla dövlət qulluqçusu arasında əlaqəni minimuma endirmək və vətəndaşların onlayn şəkildə, kompüterdən ayrılmadan tələb olunan sənədləri əldə etmələrinə şərait yaratmaqdır”, - deyə A. Hüseynov bildirib.
Qeyd edək ki, portal “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı əsasında yaradılır.
Aynur Vəliyeva
Azərbaycanda elektron lisenziya portalı bu ilin sonuna kimi istifadəyə verilə bilər
Azərbaycan Prezidenti yanında Sosial İnnovasiyalar və Vətəndaşlara xidmət Agentliyi elektron lisenziya portalının yaradılması istiqamətində işlərə başlayıb.Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların lisenziya almaq məqsədi ilə müraciətlərinin elektron formada qəbulunu təşkil etmək məqsədi ilə yaradılır.
“Hazırda artıq portalın yaradılması istiqamətində işlərə başlamışıq və bu ilin sonuna kimi portalın işə salınması imkanı istisna edilmir. Burada bizim əsas məqsədimiz həmişə olduğu kimi, vətəndaşla dövlət qulluqçusu arasında əlaqəni minimuma endirmək və vətəndaşların onlayn şəkildə, kompüterdən ayrılmadan tələb olunan sənədləri əldə etmələrinə şərait yaratmaqdır”, - deyə A. Hüseynov bildirib.
Qeyd edək ki, portal “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı əsasında yaradılır.
Aynur Vəliyeva
Baxış sayı: 511
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır