Tarix:19/09/15
Bildirilir ki, bu, istehlak sektoru və biznes tərəfindən məhsula tələbatın artmasından xəbər verir.
“3D” printerlərin tədarükü isə illik hesablamada 52 faiz artaraq 88 min ədədi ötüb.
Mütəxəssislərin proqnozuna görə, gələcəkdə üçölçülü çap bazarı sürətlə inkişaf edəcək və 2019-cu ilədək onun həcmi pul ifadəsində 20,2 milyard dollara çatacaq.
Tədqiqatda həmçinin deyilir ki, ötən rübün yekunları üzrə iri “3D” printer istehsalçısı Tayvanın "XYZprinting” şirkəti olub. Mütəxəssislərin qiymətləndirməsinə görə, yanvar-iyunda tədarükün ümumi həcminin 22 faizi bu şirkətin payına düşüb. İstehsalçının uğur qazanmasına çeşiddə ucuz modellərin olması xidmət edib.
Analitiklər qeyd edirlər ki, "XYZprinting” kimi yerli istehsalçılar keyfiyyətinə görə iri və məşhur şirkətlərin məhsulundan geri qalmayan “3D” printerlər tədarük edirlər. Həmçinin qurğuların ucuz olması təkcə istehlakçıları deyil, həm də kiçik müəssisələri və təhsil sektorunun nümayəndələrini cəlb edir, - "DailyComm” yazır.
Birinci rübdə dünyada “3D” printerlərin tədarükü 88 min ədədi ötüb
“Canalys” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin birinci yarısında dünya “3D” printerlər, ona müvafiq material və xidmətlər bazarında mədaxilin həcmi 2014-cü ilə nisbətdə 21 faiz artaraq 1,8 milyard dollar təşkil edib.Bildirilir ki, bu, istehlak sektoru və biznes tərəfindən məhsula tələbatın artmasından xəbər verir.
“3D” printerlərin tədarükü isə illik hesablamada 52 faiz artaraq 88 min ədədi ötüb.
Mütəxəssislərin proqnozuna görə, gələcəkdə üçölçülü çap bazarı sürətlə inkişaf edəcək və 2019-cu ilədək onun həcmi pul ifadəsində 20,2 milyard dollara çatacaq.
Tədqiqatda həmçinin deyilir ki, ötən rübün yekunları üzrə iri “3D” printer istehsalçısı Tayvanın "XYZprinting” şirkəti olub. Mütəxəssislərin qiymətləndirməsinə görə, yanvar-iyunda tədarükün ümumi həcminin 22 faizi bu şirkətin payına düşüb. İstehsalçının uğur qazanmasına çeşiddə ucuz modellərin olması xidmət edib.
Analitiklər qeyd edirlər ki, "XYZprinting” kimi yerli istehsalçılar keyfiyyətinə görə iri və məşhur şirkətlərin məhsulundan geri qalmayan “3D” printerlər tədarük edirlər. Həmçinin qurğuların ucuz olması təkcə istehlakçıları deyil, həm də kiçik müəssisələri və təhsil sektorunun nümayəndələrini cəlb edir, - "DailyComm” yazır.
Baxış sayı: 565
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır