12px13px15px17px
Tarix:21/09/15

İlin ən yaxşı smartfonu hansıdır?

«Sky News» nəşri yazır ki, «Samsung Galaxy S6 Edge» smartfonu «T3» texnologiya sərgisi çərçivəsində "İlin smartfonu" mükafatına layiq görülüb.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, «iPhone 6», «Sony Xperia Z3 Compact», «LG's G4» və «HTC One M9» qabaqcıl qurğuları tərəfindən rəqabətə baxmayaraq «Samsung»un qurğusu öz nominasiyasında qalib gələ bilib. Eyni zamanda «Apple» korporasiyası sərgidə 4 mükafat qazanıb.
 
 
«Apple Watch» «ağıllı» saatları ilin ən yaxşı cihazı və ən yaxşı daşınan qurğusu mükafatlarına layiq görülüb. «iPad Air 2» "İlin ən yaxşı planşeti" nominasiyasında qalib gəlib. Həmçinin “Apple” ilin ən yaxşı brendi adına layiq görülüb.
 
 
Emil Hüseynov



Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024