Tarix:21/09/15
Səfir Axramoviç rəsmi Minskin iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və s. sahələrdə həyata keçirilən fəaliyyəti daha da artırmaq istədiyini dilə gətirib.
Gennadi Axramoviçlə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında keçirilən görüşdə bu səpkidə müzakirələr aparılaraq hər iki ölkənin böyük potensiala malik olduğu açıqlanıb.
Səfir həm Azərbaycanın, həm də Belarusun İKT sahəsində nailiyyətlər əldə etdiyini, hər iki ölkədə İKT bazarının formalaşdığını və inkişaf etdiyini qeyd edərək sözügedən sahəyə böyük maraq göstərildiyini dilə gətirib.
Fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayan səfir Belarus iqtisadiyyatı barədə geniş məlumat verib.
Nazir Şahin Mustafayev isə səfir təyin olunması münasibətilə diplomatı təbrik edərək Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza formalaşdığını və hazırda uzunmüddətli əməkdaşlığa dair sənəd üzərində iş aparıldığını vurğulayan nazir bildirib ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilsə də, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensial mövcuddur.
Azərbaycanda Belarus kapitallı müəssisələrin uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir sənaye, İKT, kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.
SEYMUR
Yeni səfir: “Belarusun Azərbaycanın İKT bazarına böyük marağı var”
Belarus Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ölkəsinin maraqlı olduğu və əməkdaşlığın daha da dərinləşməsində ehtiyac duyduğu sahələri açıqlayıb.Səfir Axramoviç rəsmi Minskin iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və s. sahələrdə həyata keçirilən fəaliyyəti daha da artırmaq istədiyini dilə gətirib.
Gennadi Axramoviçlə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında keçirilən görüşdə bu səpkidə müzakirələr aparılaraq hər iki ölkənin böyük potensiala malik olduğu açıqlanıb.
Səfir həm Azərbaycanın, həm də Belarusun İKT sahəsində nailiyyətlər əldə etdiyini, hər iki ölkədə İKT bazarının formalaşdığını və inkişaf etdiyini qeyd edərək sözügedən sahəyə böyük maraq göstərildiyini dilə gətirib.
Fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayan səfir Belarus iqtisadiyyatı barədə geniş məlumat verib.
Nazir Şahin Mustafayev isə səfir təyin olunması münasibətilə diplomatı təbrik edərək Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza formalaşdığını və hazırda uzunmüddətli əməkdaşlığa dair sənəd üzərində iş aparıldığını vurğulayan nazir bildirib ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilsə də, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensial mövcuddur.
Azərbaycanda Belarus kapitallı müəssisələrin uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir sənaye, İKT, kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.
SEYMUR
Baxış sayı: 697
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır