Tarix:21/09/15
Yan Koumun sözlərinə görə, şirkət proqramın quraşdırılması sayını deyil, messencerin aylıq və gündüz auditoriyasını izləyir.
İnvestisiyalar
Onun sözlərinə görə, «Facebook»la bağlanmış sazişdən sonra iş adamının həyatı bir o qədər dəyişməyib. O, «WhatsApp»ın satışından əldə etdiyi vəsaiti startaplara yatırmaq haqda düşünmür. Yan Koum, həmçinin başqa layihələrlə məşğul olmağı planlaşdırmır.
Mən əksər startapların ideyasını tamamilə mənasız hesab edirəm.
«Facebook» ilə əlaqə
«WhatsApp»ın komandası məhsulun hazırlanmasına tamamilə nəzarət edir. "Facebook başqa sahələrdə (maliyyə, hüquqşünas, piar) bizə kömək edir" -deyə iş adamı bildirib.
Biz müstəqil şirkət olduqda şirkətdə maliyyə direktoru vəzifəsi mövcud deyildi. Bizə sadəcə hesablar gəlirdi, mən və ya Brayan "ödəmək" düyməsinə sıxırdıq. Bizdə kiçik müstəqil şirkət olduğundan hər şey sadə idi. İndi biz «Facebook»un bir hissəsiyik, buna görə qarşımızda tamamilə başqa tələblər qoyulub. Sosial şəbəkədən göndərilmiş əməkdaş indi «WhatsApp»da maliyyə məsələləri ilə məşğul olur və o, «Facebook»un maliyyə direktoruna hesabat verir.
«Facebook Messenger» , yoxsa «WhatsApp?”
Bu, iki tamamilə müxtəlif məhsuldur. «Facebook Messenger» məhsulu «Facebook» sosial şəbəkəsindəki kontaktlara bağlanıb, sosial şəbəkənin daxilində olan dostlarla işləyir. «WhatsApp» telefonun kontaktındakı dostlarla işləyir. Bu, iki tamamilə müxtəlif kontaktlar siyahısıdır. «WhatsApp» messenceri əsasən mobil telefonlarda işləmək, «Facebook Messenger» isə həm masaüstü, həm də mobil telefonlar üçün nəzərdə tutulub.
«WhatsApp»ın gəliri
«Facebook»la bağlanmış saziş nəticəsində Yan Koum əsas diqqəti məhsulun inkişafına yönəldib.
Hələ ki bizim qarşımıza pul qazanmaq kimi tapşırıq qoyulmayıb. Bizim məqsədimiz 1 milyarddan çox istifadəçi cəlb etməkdir.
Səsli zənglərdən imtina
Yan Koum deyib ki, son zamanlar insanları narahat etməmək üçün zəng etməyə üstünlük vermir.
İnsan öz ailəsi ilə şam edir, ya öz uşağı ilə ev işlərini görür və ya vacib görüşü var və bu zaman mən zəng edirəm, ola bilər ki, əhəmiyyətli heç nə yoxdur, sadəcə, soruşmaq istəyirəm ki "vəziyyətin necədir?"
Adətən mən zəngi planlaşdırmağa çalışıram: messencerdə zəng etməzdən əvvəl qarşı tərəfin münasib olub-olmamasını soruşuram. Mənim üçün messencerlərin köməyi ilə insanlarla ünsiyyət saxlamaq daha rahatdır.
Korporativ messencerlər
İş adamı bildirib ki, şirkət müxtəlif istifadəçilər kateqoriyası üçün həllər yaratmağa hazırlaşmır: "Bizim messencerimiz hər kəs üçün əlçatan olmalıdır".
Emil Hüseynov
«WhatsApp»ın qurucusu: ««Facebook»la bağlanmış sazişdən sonra həyatım o qədər də dəyişməyib»
RBK nəşri «WhatsApp» messencerinin yaradıcısı Yan Koumla müsahibə dərc edib. O, bir çox maraqlı suallara cavab verib.Yan Koumun sözlərinə görə, şirkət proqramın quraşdırılması sayını deyil, messencerin aylıq və gündüz auditoriyasını izləyir.
İnvestisiyalar
Onun sözlərinə görə, «Facebook»la bağlanmış sazişdən sonra iş adamının həyatı bir o qədər dəyişməyib. O, «WhatsApp»ın satışından əldə etdiyi vəsaiti startaplara yatırmaq haqda düşünmür. Yan Koum, həmçinin başqa layihələrlə məşğul olmağı planlaşdırmır.
Mən əksər startapların ideyasını tamamilə mənasız hesab edirəm.
«Facebook» ilə əlaqə
«WhatsApp»ın komandası məhsulun hazırlanmasına tamamilə nəzarət edir. "Facebook başqa sahələrdə (maliyyə, hüquqşünas, piar) bizə kömək edir" -deyə iş adamı bildirib.
Biz müstəqil şirkət olduqda şirkətdə maliyyə direktoru vəzifəsi mövcud deyildi. Bizə sadəcə hesablar gəlirdi, mən və ya Brayan "ödəmək" düyməsinə sıxırdıq. Bizdə kiçik müstəqil şirkət olduğundan hər şey sadə idi. İndi biz «Facebook»un bir hissəsiyik, buna görə qarşımızda tamamilə başqa tələblər qoyulub. Sosial şəbəkədən göndərilmiş əməkdaş indi «WhatsApp»da maliyyə məsələləri ilə məşğul olur və o, «Facebook»un maliyyə direktoruna hesabat verir.
«Facebook Messenger» , yoxsa «WhatsApp?”
Bu, iki tamamilə müxtəlif məhsuldur. «Facebook Messenger» məhsulu «Facebook» sosial şəbəkəsindəki kontaktlara bağlanıb, sosial şəbəkənin daxilində olan dostlarla işləyir. «WhatsApp» telefonun kontaktındakı dostlarla işləyir. Bu, iki tamamilə müxtəlif kontaktlar siyahısıdır. «WhatsApp» messenceri əsasən mobil telefonlarda işləmək, «Facebook Messenger» isə həm masaüstü, həm də mobil telefonlar üçün nəzərdə tutulub.
«WhatsApp»ın gəliri
«Facebook»la bağlanmış saziş nəticəsində Yan Koum əsas diqqəti məhsulun inkişafına yönəldib.
Hələ ki bizim qarşımıza pul qazanmaq kimi tapşırıq qoyulmayıb. Bizim məqsədimiz 1 milyarddan çox istifadəçi cəlb etməkdir.
Səsli zənglərdən imtina
Yan Koum deyib ki, son zamanlar insanları narahat etməmək üçün zəng etməyə üstünlük vermir.
İnsan öz ailəsi ilə şam edir, ya öz uşağı ilə ev işlərini görür və ya vacib görüşü var və bu zaman mən zəng edirəm, ola bilər ki, əhəmiyyətli heç nə yoxdur, sadəcə, soruşmaq istəyirəm ki "vəziyyətin necədir?"
Adətən mən zəngi planlaşdırmağa çalışıram: messencerdə zəng etməzdən əvvəl qarşı tərəfin münasib olub-olmamasını soruşuram. Mənim üçün messencerlərin köməyi ilə insanlarla ünsiyyət saxlamaq daha rahatdır.
Korporativ messencerlər
İş adamı bildirib ki, şirkət müxtəlif istifadəçilər kateqoriyası üçün həllər yaratmağa hazırlaşmır: "Bizim messencerimiz hər kəs üçün əlçatan olmalıdır".
Emil Hüseynov
Baxış sayı: 1111
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib