12px13px15px17px
Tarix:21/09/15

İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu” müsabiqəsinə işlərin qəbulunun müddəti uzadılıb

İnformatika müəllimləri arasında keçirilən “Ən yaxşı videotədris resursu” müsabiqəsinə işlərin qəbulunun müddəti uzadılıb. Belə ki, işlərin qəbulu oktyabr ayının 15-nə kimi davam edəcək.

Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqəyə keçmiş illərdə təqdim olunan işlərlə “informatik.az” saytının “Videoresurs müsabiqəsi” bölümündə tanış olmaq mümkündür.

İşlərin linki “informatik-az@mail.ru” ünvanına göndərilməlidir.


Şərtlərə əsasən, hər iştirakçıdan yalnız bir iş qəbul olunur;  videomaterial Azərbaycan dilində olmalıdır; videoçarx informatika dərsliklərinin bir mövzusuna həsr olunmalıdır (mövzunun izahı verilməlidir); videoresursu “youtube.com” saytında yerləşdirib, onun linkini göstərilmiş ünvana göndərmək lazımdır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024