Tarix:22/09/15
İki ölkə arasındakı ikitərəfli siyasi münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirən nazir müavini Xələf Xələfov ticarət-iqtisadi münasibətlərin ölkələrimizin potensialına cavab vermədiyini, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika, turizm, sənaye kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Mütəmadi əsasda siyasi məsləhətləşmələrin aparılmasının sözügedən sahələrdə yeni imkanların müəyyən edilməsində əhəmiyyətini vurğulayan X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionumuzda gerçəkləşdirilən layihələr və onların əhəmiyyəti haqqında danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini, həll olunmamış münaqişələrin regionumuz üçün böyük təhdid olduğunu, eləcə də regionun inkişafına böyük maneələr yaratdığını söyləyib.
Azərbaycanda olmasından məmnunluğunu bildirən argentinalı diplomat Birinci Avropa Oyunlarının möhtəşəm təşkilinə görə ölkəmizi təbrik edib. Azərbaycanın energetika sahəsində böyük təcrübəsinin olduğunu diqqətə çatdıran Eduardo Zuain ölkəmizin təcrübəsinin öyrənilməsi baxımından rəsmi Buenos-Ayresin əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Həmçinin, nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsi və kosmik texnologiya sahəsində münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu bildirən E.Zuain mədəniyyət günlərinin keçirilməsinin və hər iki ölkənin diplomatik akademiyaları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini söyləyib.
Argentinanın ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəklədiyini söyləyən E.Zuain beynəlxalq təşkilatlarda işləmə mexanizminin olmamasının münaqişələrin həllinin uzanmasında əsas amil olduğunu və bu səbəbdən BMT sistemində köklü islahatların aparılmasının vacibliyini bildirib.
Seymur Qasımbəyli
Eduardo Zuain: “Ölkələrimizin nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsi və kosmik texnologiya sahəsində münasibətlərin inkişafı üçün geniş potensialı var”
Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuain arasında görüş keçirilib.İki ölkə arasındakı ikitərəfli siyasi münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirən nazir müavini Xələf Xələfov ticarət-iqtisadi münasibətlərin ölkələrimizin potensialına cavab vermədiyini, informasiya texnologiyaları, kənd təsərrüfatı, energetika, turizm, sənaye kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Mütəmadi əsasda siyasi məsləhətləşmələrin aparılmasının sözügedən sahələrdə yeni imkanların müəyyən edilməsində əhəmiyyətini vurğulayan X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionumuzda gerçəkləşdirilən layihələr və onların əhəmiyyəti haqqında danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini, həll olunmamış münaqişələrin regionumuz üçün böyük təhdid olduğunu, eləcə də regionun inkişafına böyük maneələr yaratdığını söyləyib.
Azərbaycanda olmasından məmnunluğunu bildirən argentinalı diplomat Birinci Avropa Oyunlarının möhtəşəm təşkilinə görə ölkəmizi təbrik edib. Azərbaycanın energetika sahəsində böyük təcrübəsinin olduğunu diqqətə çatdıran Eduardo Zuain ölkəmizin təcrübəsinin öyrənilməsi baxımından rəsmi Buenos-Ayresin əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Həmçinin, nüvə enerjisinin dinc məqsədlər üçün istifadə edilməsi və kosmik texnologiya sahəsində münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu bildirən E.Zuain mədəniyyət günlərinin keçirilməsinin və hər iki ölkənin diplomatik akademiyaları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini söyləyib.
Argentinanın ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesini dəstəklədiyini söyləyən E.Zuain beynəlxalq təşkilatlarda işləmə mexanizminin olmamasının münaqişələrin həllinin uzanmasında əsas amil olduğunu və bu səbəbdən BMT sistemində köklü islahatların aparılmasının vacibliyini bildirib.
Seymur Qasımbəyli
Baxış sayı: 572
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır