12px13px15px17px
Tarix:22/09/15

Pentaqon boşluqların avtomatlaşdırılmış qiymətləndirmə sistemini yaradacaq

ABŞ Müdafiə Nazirliyi hərbi kompüter şəbəkələrində, silah sistemləri və qurğularında boşluqlar barədə ümumi xarakteristikalar vermək üçün nəzərdə tutulan elektron qiymətləndirmə sistemi üzərində iş aparır.

Sistemin başlıca vəzifəsi mütəxəssislərə təhlükəli boşluqların dərhal aşkar edilməsi və aradan qaldırılması üçün yardımın göstərilməsidir.
 
ABŞ HHQ-nin general-leytenantı Kevin Maklaflin bildirib ki, növbəti bir neçə ay ərzində mütəxəssislər yaxın illərdə qiymətləndirmə sisteminin tam avtomatlaşdırılması üçün boşluqlar siyahısını razılaşdıracaqlar. Sistem üzərində işə ABŞ Ordusu, Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin mütəxəssisləri cəlb olunub.
 
Müdafiə Nazirliyi sistemin yaradılması ilə bağlı qərarı potensial kibertəhdidlərin sayının gündən-günə artmasını sübut edən hesabatlar əsasında qəbul edib. Nazirliyin əməliyyat sınaqları və qiymətləndirmə şöbəsinin direktoru Maykl Qilmorun hesabatına görə, ABŞ-ın bütün silah sistemlərində kiberhücumlar üçün boşluqlar olub.  
 
İlkin vaxtlarda qiymətləndirmə sisteminə məlumatların daxil edilməsi əllə həyata keçiriləcək, lakin gələcəkdə prosesin tam avtomatlaşdırılması nəzərdə tutulur ki, bu da Pentaqona kiberhücumları dərhal aşkar etməyə və reaksiya verməyə kömək edəcək. 
 
"Billington Cybersecurity Summit" konfransında K.Maklaflin bəyan edib ki, kiberkomandanlıq artıq 6200 mütəxəssisin cəlb olunduğu 133 kibertəhdidlərə çevik reaksiya qrupunun yarısını toplayıb. Qərargahın 2016-cı ilin sonunadək komplektləşdirilməsi planlaşdırılır.  
 
Bildirilir ki, qiymətləndirmə sistemi fəaliyyətinin ilkin dövründə diqqəti ən böyük kibertəhdidlərə yetirəcək, - "SecurityLab" yazır.  
 



Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024