12px13px15px17px
Tarix:22/09/15

Azərbaycan Prokurorluğu tərəfindən dünya prokurorları üçün anti-korrupsiya veb-saytı yaradılıb

İsveçrənin Sürix şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Senatının və İcraiyyə Komitəsinin iclasları, o cümlədən BPA-nın 20-ci yubiley İllik Konfransı və Ümumi Yığıncağı keçirilib.

Tədbirlərdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun və Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.


İllik Konfransda korrupsiyaya, çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması, beynəlxalq əməkdaşlıq, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilib.
 
 
Konfransın plenar iclasında çıxış edən Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizənin prioritet istiqamət olduğunu qeyd edərək, ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu diqqətə çatdırıb.
 
 
Bundan başqa, Baş prokuror çıxışında Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək ikili standartlar siyasətinin bariz nümunəsi olan bu sənədin qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamı olduğunu qeyd edib.
 
 
Qeyd olunmalıdır ki, bu qətnamə ilə bağlı ölkəmizin nümayəndə heyəti adından müvafiq bəyanat tədbir iştirakçıları arasında yayılıb. Bəyan edilib ki, Azərbaycanda söz azadlığı, internet azadlığı və jurnalistlərin azad və normal fəaliyyətinin dövlət tərəfindən ən yüksək səviyyədə təmin edilməsinə baxmayaraq konkret jurnalistin döyülməsi nəticəsində ölməsi cinayət hadisəsinin siyasiləşdirilməsi təəccüb hissi doğurur. Bildirilib ki, həmin cinayət hadisəsi törədildikdən dərhal sonra istintaq orqanları tərəfindən cinayəti törətmiş 6 şəxs həbs edilib.
 
 
Konfransın anti-korrupsiya məsələlərinə həsr olunmuş xüsusi sessiyasına rəhbərlik Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxış edərək BPA tərəfindən yeni yaradılmış anti-korrupsiya veb-saytı, saytın fəaliyyətinə qoşulmuş və qoşulacaq nümayəndələrdən ibarət Anti-korrupsiya forumu barədə ətraflı məlumat verib. Sessiya iştirakçıları dünya prokurorları üçün ilk dəfə olaraq yaradılmış anti-korrupsiya saytının məhz Azərbaycan Prokurorluğu tərəfindən hazırlanmasını xüsusi qiymətləndiriblər.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 699

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024