Tarix:23/09/15
Bu barədə MSK Katibliyinin rəhbəri Rövzət Qasımov noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı AZƏRTAC-a müsahibəsində məlumat verib.
O bildirib ki, seçki dairələri ilə ani məlumat mübadiləsini təmin edən şəbəkənin proqram təminatı daha da təkmilləşdirilib.
"Bu proqram təminatı vasitəsilə biz məlumatları asanlıqla, operativ toplayaraq ictimaiyyətə geniş məlumat vermək imkanına malikik. Hazırda bu sistemin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. MSK istənilən məsələdə hər bir seçkinin əvvəlkilərdən daha yaxşı olması üçün əlindən gələn bütün işləri görür. Biz bunun da nəticəsini görürük. Bütün bu yeniliklərin tətbiqində əsas məqsəd də odur ki, seçkilər Azərbaycan xalqı, seçicisi tərəfindən müsbət qəbul olunsun, açıq, şəffaf, ədalətli keçirilsin. Bunun da təmin olunması üçün MSK bütün addımları atır".
Azərbaycan Respublikasında hər zaman şəffaflıq baxımından bir çox ölkələr üçün nümunə olacaq seçkilər keçirildiyini qeyd edən R.Qasımov bildirib ki, seçkilərin keçirilməsində ən mühüm amil seçki prosesinin seçicilər üçün şəffaf olmasıdır. Onun sözlərinə görə, bunun üçün Mərkəzi Seçki Komissiyası əlindən gələni edir.
"Şəffaflığın təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri də 2008-ci ildən bəri Azərbaycanda keçirilən bütün seçkilərdə tətbiq olunan veb-kameralardan istifadə təcrübəsidir. Araşdırmalarımıza görə, veb-kamerlar bu formatda ilk dəfə olaraq məhz Azərbaycanda tətbiq olunur. Dünyanın istənilən nöqtəsindən internetə çıxışı olan şəxs bizim internet səhifəmizə daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər. Bəzən bunun statistikasına baxanda ölkə xaricindən seçki prosesini izləyənlərin sayı heç də ölkə daxilindəkilərdən az olmur. Bu veb-kamera təcrübəsi hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdən keçirilir. Yəqin ki, yaxın günlərdə MSK-nın bununla bağlı müvafiq qərarı olacaq ki, veb-kameraların bu seçkilərdə hansı formada təşkil olunacağı öz əksini tapacaq. Veb-kameraların quraşdırılması zamanı bütün ölkənin, hər bir dairənin ərazisinin əhatə olunması nəzərə alınır. Əlbəttə ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərdə şəffaflığın təmin olunması üçün mövcud meyarlardan biridir".
MSK rəsmisi: "Seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərdə şəffaflığın təmin olunması üçün mövcud meyarlardan biridir"
"Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi istiqamətində müxtəlif irimiqyaslı layihələr həyat keçirməklə yanaşı, hər zaman digər ölkələrin təcrübələrini də öyrənir. Əgər orada hələ də bizə nümunə ola biləcək və bizim həyata keçirmədiyimiz hansısa elementlər, layihələr görürüksə biz onları tətbiq etməyə çalışırıq. Əlbəttə, əvvəlcə bu təcrübə ətraflı şəkildə öyrənilir".Bu barədə MSK Katibliyinin rəhbəri Rövzət Qasımov noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı AZƏRTAC-a müsahibəsində məlumat verib.
O bildirib ki, seçki dairələri ilə ani məlumat mübadiləsini təmin edən şəbəkənin proqram təminatı daha da təkmilləşdirilib.
"Bu proqram təminatı vasitəsilə biz məlumatları asanlıqla, operativ toplayaraq ictimaiyyətə geniş məlumat vermək imkanına malikik. Hazırda bu sistemin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. MSK istənilən məsələdə hər bir seçkinin əvvəlkilərdən daha yaxşı olması üçün əlindən gələn bütün işləri görür. Biz bunun da nəticəsini görürük. Bütün bu yeniliklərin tətbiqində əsas məqsəd də odur ki, seçkilər Azərbaycan xalqı, seçicisi tərəfindən müsbət qəbul olunsun, açıq, şəffaf, ədalətli keçirilsin. Bunun da təmin olunması üçün MSK bütün addımları atır".
Azərbaycan Respublikasında hər zaman şəffaflıq baxımından bir çox ölkələr üçün nümunə olacaq seçkilər keçirildiyini qeyd edən R.Qasımov bildirib ki, seçkilərin keçirilməsində ən mühüm amil seçki prosesinin seçicilər üçün şəffaf olmasıdır. Onun sözlərinə görə, bunun üçün Mərkəzi Seçki Komissiyası əlindən gələni edir.
"Şəffaflığın təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri də 2008-ci ildən bəri Azərbaycanda keçirilən bütün seçkilərdə tətbiq olunan veb-kameralardan istifadə təcrübəsidir. Araşdırmalarımıza görə, veb-kamerlar bu formatda ilk dəfə olaraq məhz Azərbaycanda tətbiq olunur. Dünyanın istənilən nöqtəsindən internetə çıxışı olan şəxs bizim internet səhifəmizə daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər. Bəzən bunun statistikasına baxanda ölkə xaricindən seçki prosesini izləyənlərin sayı heç də ölkə daxilindəkilərdən az olmur. Bu veb-kamera təcrübəsi hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdən keçirilir. Yəqin ki, yaxın günlərdə MSK-nın bununla bağlı müvafiq qərarı olacaq ki, veb-kameraların bu seçkilərdə hansı formada təşkil olunacağı öz əksini tapacaq. Veb-kameraların quraşdırılması zamanı bütün ölkənin, hər bir dairənin ərazisinin əhatə olunması nəzərə alınır. Əlbəttə ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərdə şəffaflığın təmin olunması üçün mövcud meyarlardan biridir".
Baxış sayı: 511
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır