12px13px15px17px
Tarix:28/09/15

İTİ-də Milli Terminoloji İnformasiya Sistemi yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) yaradılması ilə bağlı işlər aparılır.
 
 
Hazırda sistemin konsepsiyası və veb-portalının strukturu işlənilir, eyni zamanda veb-portalın dizaynı və proqram təminatı ilə bağlı işlər həyata keçirilir.
 
 İTİ-dən qeyd edilib ki, institutun sektor müdiri Əfruz Qurbanova görülən işlərin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparıldığını bildirib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024