Tarix:28/09/15
Mobil genişzolaqlı giriş bazarının təhlilinə həsr edilmiş «Ericsson Mobility Report» adlı tədqiqata əsasən, 2015-ci ildə mobil şəbəkələrə qoşulmaların ümumi sayı dünya əhalisinin sayını ötəcək. Mobil qoşulmaların sayı ildə 7 faiz artır və yalnız 2014-cü ilin birinci rübündə qoşulmaların xalis artımı 120 milyon təşkil edib. 2019-cu ilin sonunadək mobil qoşulmaların 80 faizi mobil genişzolaqlı girişin payına düşəcək.
2016-cı ildə smartfonların sayı adi mobil telefonların sayını ötəcək
2016-cı ildə smartfonlar populyarlıq göstəricisi üzrə mobil telefonları ötəcək və nəticədə internetə qoşulmuş smartfonların ümumi sayı 5,6 milyarda yaxınlaşacaq. 2019-cu ildə Avropada internetə qoşulmuş 765 milyon smartfon qeydə alınacaq ki, bu da sözügedən regiondakı əhalinin sayından çoxdur.
2014-cü ilin birinci rübündə telefon satışlarının 65 faizi smartfonların payına düşüb. 2019-cu ildə smartfon istifadəçisi indiki ilə müqayisədə aylıq 4 dəfə daha çox trafik işlədəcək. Bu, 2013-2019-cu illərdə mobil genişzolaqlı internet şəbəkələrində trafikin 10 qat artımı ilə nəticələnəcək.
2019-cu il: «4G/LTE» şəbəkələrinə qoşulmalar üzrə regionlar arasında fərqlər
2019-cu ildə Avropanın əhalisinin 80 faizi «LTE» şəbəkəsinin əhatə zonasında yaşayacaq. Ancaq bu halda Avropada «LTE» texnologiyasının nüfuzetmə səviyyəsi 30 faiz təşkil edəcək. Şimali Amerikada müvafiq göstərici 85 faiz olacaq. Bu halda Qərbi Avropa ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri arasında mühüm fərqlər müşahidə olunacaq. 2019-cu ilə Şimal-şərqi Asiyanın əhalisinin 95 faizi LTE şəbəkəsinin əhatə zonasında yaşayacaq, amma regionda bu texnologiyanın nüfuzetmə səviyyəsi 45 faiz təşkil edəcək. LTE şəbəkəsinə qoşulmaların 25 faizi Çinin payına düşəcək.
2019-cu ilə şəbəkələrdə «M2M» qurğuların sayı 3-4 dəfə artacaq
2013-cü illə müqayisədə 2019-cu ilə «M2M» qurğuların qoşulma sayı 3-4 dəfə artacaq. Hazırda mobil «M2M» qurğuların əksəriyyəti yalnız «GSM» texnologiyasını dəstəkləyir. 2016-cı ilədək vəziyyət dəyişəcək: aktiv «M2M» qoşulmaların əksəriyyəti «3G/4G» şəbəkəsində həyata keçiriləcək.
Emil Hüseynov
2015-ci ildə mobil qoşulmaların sayı planetin əhalisinin sayını ötəcək
2015-ci ildə mobil qoşulmaların sayı planetin əhalisinin sayını ötəcəkMobil genişzolaqlı giriş bazarının təhlilinə həsr edilmiş «Ericsson Mobility Report» adlı tədqiqata əsasən, 2015-ci ildə mobil şəbəkələrə qoşulmaların ümumi sayı dünya əhalisinin sayını ötəcək. Mobil qoşulmaların sayı ildə 7 faiz artır və yalnız 2014-cü ilin birinci rübündə qoşulmaların xalis artımı 120 milyon təşkil edib. 2019-cu ilin sonunadək mobil qoşulmaların 80 faizi mobil genişzolaqlı girişin payına düşəcək.
2016-cı ildə smartfonların sayı adi mobil telefonların sayını ötəcək
2016-cı ildə smartfonlar populyarlıq göstəricisi üzrə mobil telefonları ötəcək və nəticədə internetə qoşulmuş smartfonların ümumi sayı 5,6 milyarda yaxınlaşacaq. 2019-cu ildə Avropada internetə qoşulmuş 765 milyon smartfon qeydə alınacaq ki, bu da sözügedən regiondakı əhalinin sayından çoxdur.
2014-cü ilin birinci rübündə telefon satışlarının 65 faizi smartfonların payına düşüb. 2019-cu ildə smartfon istifadəçisi indiki ilə müqayisədə aylıq 4 dəfə daha çox trafik işlədəcək. Bu, 2013-2019-cu illərdə mobil genişzolaqlı internet şəbəkələrində trafikin 10 qat artımı ilə nəticələnəcək.
2019-cu il: «4G/LTE» şəbəkələrinə qoşulmalar üzrə regionlar arasında fərqlər
2019-cu ildə Avropanın əhalisinin 80 faizi «LTE» şəbəkəsinin əhatə zonasında yaşayacaq. Ancaq bu halda Avropada «LTE» texnologiyasının nüfuzetmə səviyyəsi 30 faiz təşkil edəcək. Şimali Amerikada müvafiq göstərici 85 faiz olacaq. Bu halda Qərbi Avropa ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri arasında mühüm fərqlər müşahidə olunacaq. 2019-cu ilə Şimal-şərqi Asiyanın əhalisinin 95 faizi LTE şəbəkəsinin əhatə zonasında yaşayacaq, amma regionda bu texnologiyanın nüfuzetmə səviyyəsi 45 faiz təşkil edəcək. LTE şəbəkəsinə qoşulmaların 25 faizi Çinin payına düşəcək.
2019-cu ilə şəbəkələrdə «M2M» qurğuların sayı 3-4 dəfə artacaq
2013-cü illə müqayisədə 2019-cu ilə «M2M» qurğuların qoşulma sayı 3-4 dəfə artacaq. Hazırda mobil «M2M» qurğuların əksəriyyəti yalnız «GSM» texnologiyasını dəstəkləyir. 2016-cı ilədək vəziyyət dəyişəcək: aktiv «M2M» qoşulmaların əksəriyyəti «3G/4G» şəbəkəsində həyata keçiriləcək.
Emil Hüseynov
Baxış sayı: 1199
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib