12px13px15px17px
Tarix:28/09/15

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı ilin sonunadək 23 xarici peyk buraxacaq

Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) kommersiya bölməsi "Antrix Corporation” şirkəti cari ilin sonunadək 23 xarici peykin buraxılmasına dair sazişlər imzalayıb. Bu barədə təşkilatın məlumatında deyilir.
 
Söhbət xüsusilə 6 Sinqapur və 14 ABŞ peykinin buraxılmasından gedir. Sazişlər barədə ətraflı məlumat verilmir.  
 
“Antrix” şirkəti “ISRO” tərəfindən həyata keçirilən peyklərin kommersiya buraxılışına cavabdehlik daşıyır. Bu günədək Hindistan raketdaşıyıcıları orbitə 51 ölkənin peykini çıxarıb.
 
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı fəaliyyət göstərdiyi 16 il ərzində xarici ölkələrin peyklərinin buraxılışından 100 milyon dollardan çox qazanc əldə edib. Buraxılışlar 2 tonadək faydalı yük götürmə qabiliyyətinə malik “PSLV” tipli raketdaşıyıcıları vasitəsilə həyata keçirilir.
 
İlk dəfə 1993-cü ildə buraxılan “PSLV” tipli raketdaşıyıcısı 1999-cu ildə orbitə ilk xarici peyk çıxarıb.
 
Bu gün səhər "PSLV-С30” raketi Hindistanın ilk "ASTROSAT” astronomik peyk rəsədxanasını uğurla orbitə çıxarıb, - “TASS” yazır.



Baxış sayı: 527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024