12px13px15px17px
Tarix:28/09/15

Əbülfəz Qarayev: “Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub”

Azərbaycana gələn turistlərin sayının artmasına təsir edən amillərdən biri də ölkədə informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi, turizm obyektlərinin internet şəbəkələrinə qoşulmasıdır.
 
Hazırda hər bir turist səfər etdiyi ərazilərin foto və video çəkilişlərini sosial şəbəkələrə yükləməklə yanaşı, səfər zamanı öz yaxınları ilə daim bağlantıda olmaq, yeni tanışlıqlar əldə etmək və özünün sevinc dəqiqələrini dostları ilə internet üzərindən paylaşmaq istəyir. Azərbaycanda da bütün bunları reallaşdırmaq çox asandır. Belə ki, ölkənin bütün ərazilərindən internetə daxil olmaq mümkündür.
 
 Mobil telefonun şəbəkəsinin olduğu ən ucqar dağ kəndində belə internetə asanlıqla qoşulmaq və bağlantı qurmaq olar. Bu da sözsüz  ki, xarici turistləri cəlb edən amillərdən biridir.
 
 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin turizm sektorundakı inkişafla bağlı jurnalistlərə açıqlama verib.
 
 
Nazir bildirib ki, Azərbaycanda turizm sənayesinin inkişafına dövlətin böyük diqqət və qayğısı var. Onun sözlərinə görə, müvafiq dövlət proqramlarının qəbulu və icrası, “Turizm ili”nin elan olunması və bu sahənin inkişafı üçün ciddi infrastrukturun yaradılması bunun göstəricisidir.
 
Bu işlərin nəticəsi olaraq turizm şirkətlərinin sayı 300-ə, hotellərin sayı 535-ə, ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizə çatıb.
 
 
Bu gün ölkəmizin dünya turizm sənayesi xəritəsində özünə layiqli yer tutduğunu deyən Ə.Qarayev əlavə edib ki, Azərbaycanda turizmin davamlı inkişafı özünü ölkənin beynəlxalq reytinqlərində də göstərir. Naziri bildirib ki, Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir.
 
 “Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında ölkəmizin tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox mühüm göstəricidir. Azərbaycanda viza rejimi sadələşdirilib. Turizm məqsədilə elektron viza almaq mümkündür. Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub”.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024