Tarix:29/09/15
Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır. Layihədən verilən məlumata görə, bütün nitqin tanınması sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada olması, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmalı olduğundan məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə bütün azərbaycandilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi alqoritmləri ilə analiz edilmiş, durğu işarələrinin yerini və xüsusi isimləri avtomatik müəyyən edən statistik modellər yaradılmışdır.
“Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və “iOS” telefonlarına yükləmək mümkündür. Daha sonra layihənin saytından (dilmanc.az/dilmanc-imla) kompüterə əlaqələndirici proqram yükləmək lazımdır. Bu proqramda göstərilən kodu telefona daxil etdikdən sonra, telefona deyilən şifahi nitq avtomatik olaraq mətnə çevrilib kompüterdə yazılır və klaviaturada yazmağa ehtiyac qalmır.
Həqiqət İSABALAYEVA
Şifahi nitqi yazıya çevirən “Dilmanc İmla” proqramı təkmilləşdirildi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində hazırlanan “Dilmanc İmla” proqramının yeni versiyası çıxmışdır. Tamamilə ödənişsiz yayılan “Dilmanc İmla” proqramı şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.Proqramın yeni versiyası şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır. Layihədən verilən məlumata görə, bütün nitqin tanınması sistemləri şifahi danışığı yazıya çevirərkən durğu işarələrinin harada olması, nitqə qulaq asaraq hansı sözün böyük hərflə yazılmalı olduğundan məlumatsız olurlar. Problemi həll etmək üçün internetdə bütün azərbaycandilli saytlardakı mətnlər köçürülərək maşın öyrənməsi alqoritmləri ilə analiz edilmiş, durğu işarələrinin yerini və xüsusi isimləri avtomatik müəyyən edən statistik modellər yaradılmışdır.
“Dilmanc İmla” proqramını ödənişsiz olaraq “Android” və “iOS” telefonlarına yükləmək mümkündür. Daha sonra layihənin saytından (dilmanc.az/dilmanc-imla) kompüterə əlaqələndirici proqram yükləmək lazımdır. Bu proqramda göstərilən kodu telefona daxil etdikdən sonra, telefona deyilən şifahi nitq avtomatik olaraq mətnə çevrilib kompüterdə yazılır və klaviaturada yazmağa ehtiyac qalmır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1315
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib