Tarix:29/09/15
Əməkdaşlıq çərçivəsində dünyanın iki böyük bazarı bir-birinin tədqiqat resurslarından yararlanmaq, eləcə də Avropa və Çin şirkətləri birgə maliyyələşmədən istifadə imkanı əldə edəcək. Tərəflər həmçinin yeni standartlar üzərində işi və tezliklərin bölüşdürülməsini bir-birini məlumatlandırmaqla həyata keçirəcək. Bundan başqa, təkcə “5G” deyil, həm də “Əşyaların interneti” kimi aktual texnologiyalar sahəsində birgə tədqiqat layihələrinin yaradılması nəzərdə tutulur.
2015-ci ilin sonunadək Aİ və Çinin “5G” üzrə ümumi konsepsiya, əsas funksiyalar, başlıca texnologiyalar və tətbiqetmə qrafikindən ibarət ümumi fəaliyyət planı yaratması planlaşdırılır.
Sazişi Çinin sənaye və informasiya texnologiyaları naziri Mao Vey və rəqəmli iqtisadiyyat üzrə Avropa komissarı Günter Ottinger imzalayıb.
Aİ-nin Çin ilə imzaladığı saziş Cənubi Koreya ilə 2014-cü ilin iyununda, Yaponiya ilə 2015-ci ilin mayında imzalanan sənədin oxşarıdır, - "Telekomza” yazır.
Avropa İttifaqı və Çin “5G” sahəsində əməkdaşlığa dair saziş imzalayıb
Avropa İttifaqı (Aİ) və Çin beşinci nəsil mobil rabitə standartlarının (5G) birgə inkişafına dair saziş imzalayıb.Əməkdaşlıq çərçivəsində dünyanın iki böyük bazarı bir-birinin tədqiqat resurslarından yararlanmaq, eləcə də Avropa və Çin şirkətləri birgə maliyyələşmədən istifadə imkanı əldə edəcək. Tərəflər həmçinin yeni standartlar üzərində işi və tezliklərin bölüşdürülməsini bir-birini məlumatlandırmaqla həyata keçirəcək. Bundan başqa, təkcə “5G” deyil, həm də “Əşyaların interneti” kimi aktual texnologiyalar sahəsində birgə tədqiqat layihələrinin yaradılması nəzərdə tutulur.
2015-ci ilin sonunadək Aİ və Çinin “5G” üzrə ümumi konsepsiya, əsas funksiyalar, başlıca texnologiyalar və tətbiqetmə qrafikindən ibarət ümumi fəaliyyət planı yaratması planlaşdırılır.
Sazişi Çinin sənaye və informasiya texnologiyaları naziri Mao Vey və rəqəmli iqtisadiyyat üzrə Avropa komissarı Günter Ottinger imzalayıb.
Aİ-nin Çin ilə imzaladığı saziş Cənubi Koreya ilə 2014-cü ilin iyununda, Yaponiya ilə 2015-ci ilin mayında imzalanan sənədin oxşarıdır, - "Telekomza” yazır.
Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib