Tarix:30/09/15
Beynəlxalq seminar Rusiya Federasiyasının Ali İqtisad Məktəbi, İtaliyanın Nəzəri Fizikanın Beynəlxalq Mərkəzi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA Radiasiya Problemləri İnstitutunun maliyyə və təşkilatı dəstəyi ilə keçirilir.
Seminarın məqsədi kvant sahə nəzəriyyəsində son hadisə və irəliləyişlərin, eləcə də fizika, riyazi fizika nəzəriyyələrinin və digər mövzuların müzakirəsidir. Seminarda dünyanın bir sıra ölkələrindən – Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Gürcüstan, Ukrayna, Cənubi Koreya və Azərbaycandan 49 xarici və 10 yerli mütəxəssis iştirak edir.
Seminarın gedişində iştirakçılar Nəzəri və Təcrübi Fizika İnstitutu (Moskva), Ali İqtisad Məktəbi (Moskva), Kembric Universitetinin Tətbiqi Riyaziyyat və Nəzəri Fizika İnstitutunun bu sahədə tanınmış alimlərinin mühazirələrini dinləyəcəklər.
Seminarın açılışında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik A.A.Qəribov, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor O.Ə.Səmədov və digər qonaqlar çıxış ediblər.
Həqiqət İSABALAYEVA
Bakıda keçirilən “Zərrəciklər, Sahələr və Simlər” adlı Beynəlxalq seminar işini davam etdirir
Bakı şəhərində öz işinə başlayan "Zərrəciklər, Sahələr və Simlər" adlı Beynəlxalq seminar fəaliyyətini 2 oktyabr tarixində yekunlaşdıracaq.Beynəlxalq seminar Rusiya Federasiyasının Ali İqtisad Məktəbi, İtaliyanın Nəzəri Fizikanın Beynəlxalq Mərkəzi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AMEA Radiasiya Problemləri İnstitutunun maliyyə və təşkilatı dəstəyi ilə keçirilir.
Seminarın məqsədi kvant sahə nəzəriyyəsində son hadisə və irəliləyişlərin, eləcə də fizika, riyazi fizika nəzəriyyələrinin və digər mövzuların müzakirəsidir. Seminarda dünyanın bir sıra ölkələrindən – Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Gürcüstan, Ukrayna, Cənubi Koreya və Azərbaycandan 49 xarici və 10 yerli mütəxəssis iştirak edir.
Seminarın gedişində iştirakçılar Nəzəri və Təcrübi Fizika İnstitutu (Moskva), Ali İqtisad Məktəbi (Moskva), Kembric Universitetinin Tətbiqi Riyaziyyat və Nəzəri Fizika İnstitutunun bu sahədə tanınmış alimlərinin mühazirələrini dinləyəcəklər.
Seminarın açılışında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin direktoru, akademik A.A.Qəribov, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor O.Ə.Səmədov və digər qonaqlar çıxış ediblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 518
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır