Tarix:30/09/15
Məlumata görə, yeni nəsil peykdə hidrogen atom saatları quraşdırılıb. Buraxılışdan sonra bu saatların və peykdə quraşdırılan yeni naviqasiya siqnalı ötürmə sisteminin bir neçə sınağının keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistemin tərkibinə hazırda sonuncu buraxılış nəzərə alınmaqla 20 aparat daxildir. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır.
Bunun baş verəcəyi halda sistemdən bütün dünyada istifadə mümkün olacaq, - “TASS” yazır.
Çin “Beidou” naviqasiya sisteminin 20-ci peykini uğurla orbitə çıxarıb
Çinin “Changzheng-3В” (ingilis dilində Long March-3B adlanır) raketdaşıyıcısı “Siçan” kosmodromundan start götürərək kosmosa “Beidou” milli naviqasiya sisteminin 20-ci peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin mərkəzi televiziyası məlumat verib.Məlumata görə, yeni nəsil peykdə hidrogen atom saatları quraşdırılıb. Buraxılışdan sonra bu saatların və peykdə quraşdırılan yeni naviqasiya siqnalı ötürmə sisteminin bir neçə sınağının keçirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistemin tərkibinə hazırda sonuncu buraxılış nəzərə alınmaqla 20 aparat daxildir. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır.
Bunun baş verəcəyi halda sistemdən bütün dünyada istifadə mümkün olacaq, - “TASS” yazır.
Baxış sayı: 457
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır