12px13px15px17px
Tarix:30/09/15

Rəsmi Bakı QDİƏT üzvlərini İKT sahəsində səyləri birləşdirməyə çağırdı

“Azərbaycan gömrük məsələləri və elm və texnologiya üzrə işçi qruplarının ölkə əlaqələndiricisi vəzifələrini öz üzərinə götürüb. Biz bu qrupların əhəmiyyətli siyasi məsələlərin müzakirə edildiyi və bu işçi qruplar çərçivəsində əməkdaşlığın təkmilləşdirilməsi üçün yol xəritələrinin qəbul edildiyi iclaslarına ev sahibliyi etdik.
 
 
Azərbaycan təşkilatın işinə gələcəkdə də töhfə vermək məqsədilə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə işçi qrup çərçivəsində ölkə əlaqələndiricisinin vəzifələrini könüllü şəkildə öz üzərinə götürüb”.
 
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında etdiyi çıxışında söyləyib. Nyu-Yorkda düzənlənən tədbirdə E.Məmmədyarov bildirib ki, rəsmi Bakı İKT ilə birlikdə elmi inkişafın QDİƏT regionunda müvəffəqiyyətli əməkdaşlığın ümidverici sahələrindən biri olmasına inanır.
 
 
“Biz müvafiq sahələrdə ümumi səylərimizin təsirini şübhəsiz olaraq gücləndirə biləcək təcrübə mübadiləsi və layihə icrası üçün qənaətbəxş ehtiyatları ayıra və interaktiv işçi platformanı yarada biləcək vəziyyətdəyik. Təşkilatın fəaliyyətinin praktiki üsullarına gəldikdə, biz təşkilatın hal-hazırda üzləşdiyi problemlərin öhdəsindən effektiv şəkildə gəlməsi üçün QDİƏT-in maliyyə və büdcə sisteminin gücləndirilməsinin qaçılmaz şərt olmasını düşünürük” deyən nazir əlavə edib ki, rəsmi Bakı son onillikdə təşkilat daxilində davamlı islahatlar yolunun izlənilməsinin QDİƏT-in səmərəliliyi və effektivliyinin artırılması üzrə davam etməkdə olan müzakirələrə dəyər qatdığına və onun hüquqi və təşkilati imkanlarını artırdığına və ən əhəmiyyətlisi isə çevik qərar qəbuletmə mexanizminə nail olduğuna inanır.
 
 
 
Onun sözlərinə görə, QDİƏT-in təsisçi üzvlərindən biri kimi, Azərbaycan təşkilatın  regiondakı əhəmiyyətli rolundan xəbərdardır və təşkilatın səmərəliliyinin gücləndirilməsində həqiqətən maraqlıdır:
 
 
“Bu baxımdan biz təşkilata qlobal inkişaf gündəliyinin dəyişən reallıqlarına daha yaxşı uyğunlaşmağa və üzvlərinin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edən QDƏT-in islahatlar prosesini dəstəkləyirik. Daha dəqiq desək, biz QDİƏT-in bir sıra alt qurumlarının ixtisar edilməsini və onların fəaliyyətlərinin birləşdirilməsi üçün səylərin göstərilməsini təklif edirik. Həmçinin altqurumların əsas hissəsi kimi işçi qrupların fəaliyyətini gücləndirmək də əhəmiyyətlidir”.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024