12px13px15px17px
Tarix:30/09/15

Bakıda Elektron Sənəd Dövriyyəsinin işləmə prosesi nümayiş olunacaq

Oktyabrın 14-də Bakıda e-sənəd dövriyyəsinə həsr edilən tədbir keçiriləcək. Belə ki, ölkənin aparıcı İT şirkətlərindən biri olan "Ultra Technologies" şirkəti İqtisadiyyat və Sənaye Nazirliyi ilə kargüzarlıq sahəsində çalışan şəxslər üçün faydalı olacaq biznes-tur hazırlayıb.
 
 
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə keçiriləcək biznes-turda elektron sənəd dövriyyəsinin işləmə prosesi nümayiş olunacaq.
 
Tura istənilən dövlət və özəl sektorun kargüzarları, sənədlərlə işləyən məsul şəxsləri və ya rəhbər şəxslər qatıla bilər.
 
 
Qeyd edək ki, "Ultra Technologies" şirkəti 2011-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyində elektron sənəd dövriyyəsi sistemi tətbiq edib və bu illər ərzində sözügedən nazirlik tərəfindən yüksək səviyyədə sistem üzrə iş prosesi aparılır. Bu səbəbdən uğurlu layihə olaraq nümayiş üçün məhz İqtisadiyyat və Sənaye Nazirliyi seçilib. Sistemin canlı nümayişi bu qurumda planlaşdırılır.
 
 
"Ultra Technologies" şirkətinin təqdim etdiyi "DocNet"-in (elektron sənəd dövriyyəsi sistemi) canlı nümayişində və biznes-turda iştirak etmək istəyənlər oktyabrın 11-dək bu  linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.
 
 
SEYMUR



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024