Tarix:30/09/15
Milli Net Təşkilat Komitəsindən verilən məlumata görə, iddiaçılar “http://www.millinet.az” saytında qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.
Bu il Milli Net yarışması 14 nominasiya üzrə keçiriləcək: korporativ saytlar, ictimai-sosial saytlar, media və informasiya, mədəniyyət, incəsənət və turizm saytları, ailə, uşaq və sağlamlıq, asudə vaxt, idman və əyləncə, bloqlar, elm və təhsil, “Elektron hökumət”, xidmət (servis), Qarabağ haqqında saytlar, istifadəçi kontenti üzərində qurulmuş saytlar, mobil tətbiqlər, ən yaxşı sosial şəbəkə səhifəsi.
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Yekun səsvermədə Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və noyabrın sonunda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell, Delta Telecom və Bestcomp şirkətləri dəstək verir.
CAHANGİR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi “Milli Net 2015” sabahdan başlayır
Oktyabrın 1-də Milli İnternet Mükafatı – “Milli Net 2015”ə start veriləcək.Milli Net Təşkilat Komitəsindən verilən məlumata görə, iddiaçılar “http://www.millinet.az” saytında qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.
Bu il Milli Net yarışması 14 nominasiya üzrə keçiriləcək: korporativ saytlar, ictimai-sosial saytlar, media və informasiya, mədəniyyət, incəsənət və turizm saytları, ailə, uşaq və sağlamlıq, asudə vaxt, idman və əyləncə, bloqlar, elm və təhsil, “Elektron hökumət”, xidmət (servis), Qarabağ haqqında saytlar, istifadəçi kontenti üzərində qurulmuş saytlar, mobil tətbiqlər, ən yaxşı sosial şəbəkə səhifəsi.
Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Yekun səsvermədə Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və noyabrın sonunda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək. Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azercell, Delta Telecom və Bestcomp şirkətləri dəstək verir.
CAHANGİR
Baxış sayı: 752
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib