Tarix:30/09/15
Şirkətin baş direktoru Ramazan Vəliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, mobil rabitə xidmətləri bazarına çıxışla bağlı işlər artıq bu ilin əvvəlindən başlanıb.
“Bu gün “Delta Telekom” şirkətinin 500 GB/s-dən yuxarı sərbəst tutumu mövcuddur və bizim internet provayderlərə təklif etdiyimiz bır sıra güzəştli şərtlərə baxmayaraq onlar passiv şəkildə mövcud olan imkanlardan istifadə edirlər, bu isə bazardakı ümumi vəziyyətə təsir göstərir. Beləliklə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə belə qənaətə gəldik ki, şirkətin artıq fəaliyyət dairəsini genişləndirmək zamanı gəlib. İlin əvvəlindən “Ericsson” və “Alkatel Lucent” şirkətləri ilə birgə biz şəbəkəmizi bu məqsədlə yeniləyirik və bu ilin sonuna kimi artıq Bakıda mobil rabitə xidmətlərinin göstərilməsinə başlayacağıq”, - deyə R. Vəliyev qeyd edib.
“Delta Telecom”un rəhbəri eyni zamanda bildirib ki, gələcəkdə artıq bütün ölkə üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur.
“Bu gün artıq Bakıda bizim 60-dan çox saytımız var, bundan başqa 10 mindən yuxarı bina fiber-optika ilə təmin edilib, ölkə regionlarında da bizim geniş əhatəli fiber-optik şəbəkəmiz mövcuddur ki, bu da “LTE Advanced” şəbəkəsinin yaradılması üçün əsas şərtlərdən biridir. Hazırda bazarda “LTE Advanced” texnologiyasını dəstəkləyən qurğular az olsa da, biz müştəri xidmətləri mərkəzlərimizdə onların satışını təşkil etmək və müştərilərimizə əlavə bonuslar təqdim etmək niyyətindəyik. Gələcəkdə isə biz səsli xidmətləri də göstərmək istəyirik”, - deyə R. Vəliyev bildirib.
Aynur Vəliyeva
“Delta Telecom” şirkəti “LTE Advanced” texnologiyası üzərindən mobil rabitə xidmətlərini bu ilin sonunda təqdim edəcək
Bu ilin sonuna kimi “Delta Telecom” şirkəti Bakıda “LTE Advanced” texnologiyası üzərindən mobil rabitə xidmətləri göstərməyə başlayacaq.Şirkətin baş direktoru Ramazan Vəliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, mobil rabitə xidmətləri bazarına çıxışla bağlı işlər artıq bu ilin əvvəlindən başlanıb.
“Bu gün “Delta Telekom” şirkətinin 500 GB/s-dən yuxarı sərbəst tutumu mövcuddur və bizim internet provayderlərə təklif etdiyimiz bır sıra güzəştli şərtlərə baxmayaraq onlar passiv şəkildə mövcud olan imkanlardan istifadə edirlər, bu isə bazardakı ümumi vəziyyətə təsir göstərir. Beləliklə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə belə qənaətə gəldik ki, şirkətin artıq fəaliyyət dairəsini genişləndirmək zamanı gəlib. İlin əvvəlindən “Ericsson” və “Alkatel Lucent” şirkətləri ilə birgə biz şəbəkəmizi bu məqsədlə yeniləyirik və bu ilin sonuna kimi artıq Bakıda mobil rabitə xidmətlərinin göstərilməsinə başlayacağıq”, - deyə R. Vəliyev qeyd edib.
“Delta Telecom”un rəhbəri eyni zamanda bildirib ki, gələcəkdə artıq bütün ölkə üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur.
“Bu gün artıq Bakıda bizim 60-dan çox saytımız var, bundan başqa 10 mindən yuxarı bina fiber-optika ilə təmin edilib, ölkə regionlarında da bizim geniş əhatəli fiber-optik şəbəkəmiz mövcuddur ki, bu da “LTE Advanced” şəbəkəsinin yaradılması üçün əsas şərtlərdən biridir. Hazırda bazarda “LTE Advanced” texnologiyasını dəstəkləyən qurğular az olsa da, biz müştəri xidmətləri mərkəzlərimizdə onların satışını təşkil etmək və müştərilərimizə əlavə bonuslar təqdim etmək niyyətindəyik. Gələcəkdə isə biz səsli xidmətləri də göstərmək istəyirik”, - deyə R. Vəliyev bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 738
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib