12px13px15px17px
Tarix:01/10/15

Hindistanda kabel televiziyasına malik ev təsərrüfatlarının sayı 100 milyonu ötüb

«indiantelevision.com» internet nəşri Hindistanın «TRAI» («Telecom Regulatory Authority of India») telekommunikasiya tənzimləyicisinə istinadən yazır ki, son 9 ildə Hindistanda kabel televiziyası ilə təmin edilmiş ev təsərrüfatlarının sayı 20 milyon artaraq 100 milyonu ötüb.
 
 
 
«ICTnews.az» saytı «cableman.ru» saytına istinadən yazır ki, Hindistan hakimiyyətinin məlumatına görə, 2006-cı ildə kabel televiziyası ilə təmin edilmiş ev təsərrüfatlarının sayı 79 milyon təşkil etdiyi halda, indi bu göstərici 101 milyona yaxınlaşıb. Bu halda televiziya kanallarının sayı 800-ü ötüb.
 
 
 
«TRAI» telekommunikasiya tənzimləyicisinin nümayəndəsi əmin edib ki, Hindistanın geniş televiziya kabel şəbəkəsinin rəqəmləşdirilməsi üzrə üçüncü mərhələnin başa çatma müddəti dəyişdirilməyəcək və ölkə hakimiyyətini bu layihənin həyata keçirilməsi üçün təlimatların hazırlanmasında sənayenin təcrübəsindən istifadəyə çağırıb.
 
 
Emil Hüseynov



Baxış sayı: 482

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024