12px13px15px17px
Tarix:01/10/15

Əşyaları toxunuşla tanıyan robot yaradılıb

ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun kompüter texnikası və süni intellekt laboratoriyasının tədqiqatçıları silikon materialdan manipulyator yaradıblar. Manipulyatorun köməyi ilə robotlar obyektlərin formasını müəyyənləşdirə biləcəklər. Bu barədə laboratoriyanın saytında deyilir.


Qurğu müxtəlif forma və möhkəmliyə malik əşyaların götürülməsi zamanı obyektin üst səthinin bərkliyini və əyriliyini müəyyənləşdirən xüsusi ötürücülərlə təchiz edilib. Alqoritm robot barmaqların düzülüşü barədə məlumatları və ötürücülərin göstəricilərini məlumat bazası ilə müqayisə edərək robotun əlində hansı obyekti tutmasını müəyyənləşdirir.

Robot qarşısında hansı obyektin olmasını anlayandan sonra onu götürmək üçün lazım olan güclə qaldırır.


Sistem hətta formaca bir-birinə oxşar əşyaları, məsələn, plastik və kağız stəkanı effektiv şəkildə seçir. Yumşaq robot barmaqlardan istifadə isə CD disk və ya kağız vərəqi kimi mürəkkəb obyektləri götürməyə imkan verir, - "Qazeta"  yazır. 



Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024