12px13px15px17px
Tarix:02/10/15

DRİ-də qeydiyyatda olan radiotezlik istifadəçiləri və REV-lər haqda statistika açıqlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) DRİ-də qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələri (REV) haqqında statistik məlumatları təqdim edib.
 
Belə ki, 01 oktyabr 2015-ci il tarixinə Dövlət Radiotezliklər İdarəsində 470 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 70 istifadəçi dövlət, 329 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 40 istifadəçi isə fiziki şəxslərdir.
 
 
 2015-ci ilin müvafiq dövrü ərzində 5444 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınmışdır. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 48672 ədəd təşkil edir.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024