12px13px15px17px
Tarix:02/10/15

“Google” Hindistanın dəmiryolu vağzallarında pulsuz “Wi-Fi” şəbəkəsi quracaq

"Google" şirkəti Hindistan əhalisinin internetə çıxış imkanını genişləndirmək məqsədilə ölkənin 400 dəmiryolu vağzalında yüksəksürətli ictimai "Wi-Fi" şəbəkəsi qurmaq niyyətindədir.

İlk vaxtlar şəbəkədən istifadənin pulsuz olması nəzərdə tutulsa da, sonradan ödənişli olacağı bildirilir.
 
Bu barədə Hindistan baş naziri Narendra Modinin ABŞ-a səfəri çərçivəsində "Google" şirkətinin mənzil-qərargahında keçirilən görüşdə elan edilib. Şirkətə layihənin həyata keçirilməsində köməyi Hindistanın dəmiryolu şəbəkəsinin 99 faizinə nəzarət edən "Indian Railways" dəmiryolu şirkəti və əksər dəmiryolu xətləri yaxınlığında optik-lif şəbəkəsi vasitəsilə internet xidmətləri təklif edən "RailTel" operatoru göstərəcək.
 
Şirkətlər yaxın vaxtlarda işə başlamağı planlaşdıraraq 2016-cı ilin sonunadək Hindistanın minimum 100 dəmiryolu vağzalının ictimai "Wi-Fi" şəbəkəsi ilə əhatə olunacağını bildiriblər. Bunun sayəsində hər gün vağzallardan istifadə edən 10 milyon insan internetə çıxış imkanı əldə edəcək.  "Google" şirkətinin baş direktoru Sundar Piçai bunu Hindistanda və potensial istifadəçilərin sayı baxımından dünyada ən böyük ictimai layihə adlandırıb.  
 
 
Baş direktor qeyd edib ki, Hindistan əhalisinin təxminən 300 milyonu internetə çıxış imkanına malikdir ki, onun da 100 milyonu bu fürsəti ötən il əldə edib. Bununla yanaşı, o vurğulayıb ki, 1 milyarda yaxın insan hələ də internetdən istifadə imkanından məhrumdur və dəmiryolu stansiyalarında ictimai "Wi-Fi" şəbəkələrinin qurulması bu problemi həll etməyə kömək edəcək, - "3DNews" yazır.



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024