12px13px15px17px
Tarix:02/10/15

Cəlilabad rayonu prokurorluğu üçün İKT vasitələrilə tam təchiz edilən inzibati bina tikilib

Azərbaycanın dövlət strukturları üçün yeni inşa edilən inzibati binaların hamısı günün tələblərinə uyğun olaraq informasiya-kommunikasiya texnologiyaları ilə tam təchiz edilir. Cəlilabad rayon Prokurorluğunun yeni tikilən inzibati binasında da İKT-nin tələbləri gözlənilib.
 
 
Sözügedən binanın açılışında Baş prokurorun müavini Namiq Əsgərova məlumat verilib ki, bina 2 mərtəbəli orijinal layihə əsasında inşa olunub, bütün otaqlar kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib.
 
N.Əsgərov prokurorluq orqanlarında İKT-nin tətbiqindən danışaraq bildirib ki, informasiya texnologiyaları hər bir sahədə olduğu kimi, prokurorluq orqanlarının işlərinin həyata keçirilməsində yardımçı olur. Baş prokurorun müavini 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək qeyd edib  ki, ölkəmizdə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutub.
 
O, xüsusi olaraq vurğulayıb ki, son illər Baş Prokurorluqda hərtərəfli və bütün sahələri əhatə edən uğurlu islahatlar aparılıb və “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluq orqanlarının yeniləşməsi və işinin təkmilləşməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına, müasir binaların inşasına təkan verib.
 
 
Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərək bütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən prokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirib.
 
 
 
SEYMUR



Baxış sayı: 567

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024