Tarix:02/10/15
UNEC-dən bildirilib ki, Türkiyənin Orta Doğu Texniki Universiteti Texnoparkının direktor müavini Tolqa Özpolatla keçirilən görüşdə UNEC-in rektoru, professor Ədalət Muradovla hər iki universitet arasındakı mövcud əlaqələrdən və gələcək əməkdaşlıq imkanlarından danışıb. Ə.Muradov bildirib ki, dünya universitetləri səviyyəsinə yüksəlmək niyyətində olan UNEC, Türkiyə ali məktəbləri sırasında özünəməxsus yeri olan və geniş texnopark təcrübəsinə malik ODTÜ ilə əməkdaşlıqda maraqlıdır.
T.Özpolat ODTÜ-nün otuz beş illik tarixi olan texnoparkı haqda məlumat verərək bildirib ki, burada 304 şirkət fəaliyyət göstərir. Bu gün ODTÜ-nün texnoparkının minə yaxın layihəsinin reallaşmasından söz açan qonaq, UNEC-lə əməkdaşlıqdan məmnun qaldığını bildirib.
Görüşdə birgə texnoparkın yaradılmasına dair müzakirələr aparılıb. Sonra UNEC-in Texnologiya Transfer Mərkəzinin (TTN) direktoru Aydın Hüseynov TTN haqda geniş təqdimatla çıxış edib. Qonağa UNEC-də on ay əvvəl yaradılan mərkəzin gördüyü işlərdən danışıb.
Görüşün sonunda T.Özpolat UNEC-in İnnovativ Biznes İnkubatorunu ziyarət edərək, startaplarla tanış olub, gənclərə öz tövsiyələrini verib.
Həqiqət İSABALAYEVA
Türkiyə universiteti ilə birgə texnoparkın yaradılması müzakirə edilib
Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birgə texnopark yaradılmasını nəzərdən keçirirlər. Bununla bağlı məsələlər UNEC-də keçirilən görüşdə müzakirə edilib.UNEC-dən bildirilib ki, Türkiyənin Orta Doğu Texniki Universiteti Texnoparkının direktor müavini Tolqa Özpolatla keçirilən görüşdə UNEC-in rektoru, professor Ədalət Muradovla hər iki universitet arasındakı mövcud əlaqələrdən və gələcək əməkdaşlıq imkanlarından danışıb. Ə.Muradov bildirib ki, dünya universitetləri səviyyəsinə yüksəlmək niyyətində olan UNEC, Türkiyə ali məktəbləri sırasında özünəməxsus yeri olan və geniş texnopark təcrübəsinə malik ODTÜ ilə əməkdaşlıqda maraqlıdır.
T.Özpolat ODTÜ-nün otuz beş illik tarixi olan texnoparkı haqda məlumat verərək bildirib ki, burada 304 şirkət fəaliyyət göstərir. Bu gün ODTÜ-nün texnoparkının minə yaxın layihəsinin reallaşmasından söz açan qonaq, UNEC-lə əməkdaşlıqdan məmnun qaldığını bildirib.
Görüşdə birgə texnoparkın yaradılmasına dair müzakirələr aparılıb. Sonra UNEC-in Texnologiya Transfer Mərkəzinin (TTN) direktoru Aydın Hüseynov TTN haqda geniş təqdimatla çıxış edib. Qonağa UNEC-də on ay əvvəl yaradılan mərkəzin gördüyü işlərdən danışıb.
Görüşün sonunda T.Özpolat UNEC-in İnnovativ Biznes İnkubatorunu ziyarət edərək, startaplarla tanış olub, gənclərə öz tövsiyələrini verib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 522
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır