12px13px15px17px
Tarix:03/10/15

«Google» şirkəti «Alphabet» holdinqinin mülkiyyəti olacaq

«Google» şirkəti «Alphabet» şirkətinin mülkiyyəti olacaq.
 
Cari ilin avqustunda internet nəhəngi öz biznesini yenidən strukturlaşdırmağa başladığını elan etmişdi. Bunun üçün holdinq olacaq yeni  firma təsis edilib və «Google» onun tərkibinə daxil ediləcək.

 
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki, «Google» şirkətinin icraçı direktoru Larri Peyc «Alphabet»in həmtəsisçisi olub. Axtarış sisteminin digər həmtəsisçisi Serqey Brin yeni şirkətin prezident postunda çalışacaq.
 

Şirkətin nümayəndəsi əmin edir ki, istifadəçilər heç bir dəyişiklik hiss etməyəcək. "Google sadəcə adını Alphabet-ə dəyişir və «Google» filialını təsis edir" - şirkətin mətbuat xidmətindən bildirilib.
 
Şirkətin məhsullarının inkişafı bölməsinin direktoru hindistanlı Sundar Piçai «Google»un yeni direktoru olacaq.

 
Emil Hüseynov
 



Baxış sayı: 747

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024