Tarix:03/10/15
Simpozium Asiya-Sakit okean regionunda əməkdaşlığın möhkəmləndirilməsinə, direktiv və tənzimləyici orqanlar, eləcə də peyk xidmətləri, peyklə əlaqədar normativ müddəaların hazırlanması ilə məşğul olan sahə arasında əməkdaşlığın qurulması məqsədi daşıyıb.
Müzakirələr beynəlxalq normativ müddəaların yenilənməsi və noyabrın 2-27-də keçiriləcək Ümumdünya radiorabitə konfransına hazırlıq, peyk rabitəsinin siyasi və normativ-hüquqi bazası, o cümlədən müxtəlif ölkələrdə peyk rabitəsinə və radioyayım xidmətlərinə aid mövcud praktika, peyk və peyk texnologiyaları bazarında tendensiyalar, eləcə də sahə üçün imkanlar mövzusu ətrafında aparılıb.
Forum Asiya-Sakit okean regionunun yüksəkvəzifəli hökumət, eləcə də akademik təşkilatlar, milli peyk xidməti tədarükçüləri və peyk operatorları nümayəndələri üçün nəzərdə tutulub.
“Spektr və orbit resurslarından istifadə getdikcə çətinləşir. Çünki bu resurslar üzv dövlətlər və peyk şirkətləri üçün ən vacib resurslardan biridir. BTİ-nin Dananqda keçirilən peyk rabitəsi üzrə beynəlxalq simpoziumu ondan səmərəli istifadəyə kömək üçün əsas rol oynayır”, - BTİ baş katibi Houlin Çjao bildirib.
Vyetnamın radiotezliklərdən istifadənin idarəetməsini həyata keçirən orqanının (ARFM) dəvəti ilə reallaşan tədbirlərdə 20 ölkənin 137 nümayəndəsi iştirak edib, - "ITU” yazır.
Beynəlxalq Telekommunikasiya İttifaqı peyk rabitəsi üzrə simpozium keçirib
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) sentyabrın 29-dan oktyabrın 1-dək Vyetnamın Dananq şəhərində peyk rabitəsi üzrə simpozium və “Spektr/orbit resurslarından səmərəli istifadə” adlı praktikum seminar keçirib.Simpozium Asiya-Sakit okean regionunda əməkdaşlığın möhkəmləndirilməsinə, direktiv və tənzimləyici orqanlar, eləcə də peyk xidmətləri, peyklə əlaqədar normativ müddəaların hazırlanması ilə məşğul olan sahə arasında əməkdaşlığın qurulması məqsədi daşıyıb.
Müzakirələr beynəlxalq normativ müddəaların yenilənməsi və noyabrın 2-27-də keçiriləcək Ümumdünya radiorabitə konfransına hazırlıq, peyk rabitəsinin siyasi və normativ-hüquqi bazası, o cümlədən müxtəlif ölkələrdə peyk rabitəsinə və radioyayım xidmətlərinə aid mövcud praktika, peyk və peyk texnologiyaları bazarında tendensiyalar, eləcə də sahə üçün imkanlar mövzusu ətrafında aparılıb.
Forum Asiya-Sakit okean regionunun yüksəkvəzifəli hökumət, eləcə də akademik təşkilatlar, milli peyk xidməti tədarükçüləri və peyk operatorları nümayəndələri üçün nəzərdə tutulub.
“Spektr və orbit resurslarından istifadə getdikcə çətinləşir. Çünki bu resurslar üzv dövlətlər və peyk şirkətləri üçün ən vacib resurslardan biridir. BTİ-nin Dananqda keçirilən peyk rabitəsi üzrə beynəlxalq simpoziumu ondan səmərəli istifadəyə kömək üçün əsas rol oynayır”, - BTİ baş katibi Houlin Çjao bildirib.
Vyetnamın radiotezliklərdən istifadənin idarəetməsini həyata keçirən orqanının (ARFM) dəvəti ilə reallaşan tədbirlərdə 20 ölkənin 137 nümayəndəsi iştirak edib, - "ITU” yazır.
Baxış sayı: 551
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır