Tarix:05/10/15
Qeyd edək ki, Azərbaycanda da sözügedən istiqamətdə mühüm addımlar atılmaqdadır. Belə ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.
NK-nın verdiyi qərara görə, Təhsil Nazirliyinin 3 nömrəli Bakı Peşə Liseyi 13 nömrəli Bakı Peşə Liseyi ilə birləşdirilib və onların bazasında Bakı Kompüter Peşə Liseyi yaradılıb.
Qərarla bağlı NK-dan bildirilib ki, Bakı Kompüter Peşə Liseyinin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.
Təhsil Nazirliyinə Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
SEYMUR
Azərbaycanda Kompüter Peşə Liseyi yaradıldı
Dünyada, eləcə də ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, bunun nəticəsində kompüter texnologiyalarının bütün sahələrə inteqrasiya etməsi həm sektor üzrə mütəxəssislərə tələbatı artırıb, həm də bu sahədə yeniliklər əldə etmək üçün aparılan çalışmaların sayını artırıb. Məhz bunu nəzərə alan dünya dövlətləri İT təhsili verən ali və orta məktəbləri açaraq sahənin genişlənməsini həyata keçirirlər.Qeyd edək ki, Azərbaycanda da sözügedən istiqamətdə mühüm addımlar atılmaqdadır. Belə ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib.
NK-nın verdiyi qərara görə, Təhsil Nazirliyinin 3 nömrəli Bakı Peşə Liseyi 13 nömrəli Bakı Peşə Liseyi ilə birləşdirilib və onların bazasında Bakı Kompüter Peşə Liseyi yaradılıb.
Qərarla bağlı NK-dan bildirilib ki, Bakı Kompüter Peşə Liseyinin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək.
Təhsil Nazirliyinə Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
SEYMUR
Baxış sayı: 582
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır