12px13px15px17px
Tarix:05/10/15

Dünyanın ən bahalı brendi hansıdır?

Əqli mülkiyyətin qiymətləndirilməsi üzrə ixtisaslaşmış beynəlxalq «Interbrand» konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin yeni reytinqini dərc edib. «Best Global Brands» adlı reytinq 16-cı dəfə tərtib edilir. 2013-2014-cü illərdə «Apple» brendi birinci pilləni tutub. Cari ildə adıçəkilən şirkət, həmçinin birinci pillədə qərarlaşıb.
 
Beləliklə, üçüncü il ardıcıl «Apple» ən bahalı brend seçilib və dəyəri 170,3 milyard dollar məbləğində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 43 faiz daha yüksəkdir. Dəyəri 120,3 milyard dollar təşkil edən «Google» şirkəti ikinci pillədə qərarlaşıb. 2012-ci ilədək «Coca-Cola» sözügedən reytinqdə lider olub.
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, 2015-ci ildə 78,4 milyard dollar məbləğində göstəriciyə malik «Coca-Cola» reytinqdə üçüncü pilləni tutub. Ötən illə müqayisədə ilk beşlikdə yalnız bir dəyişiklik baş verib: «IBM» korporasiyasını geridə qoymuş «Microsoft» dördüncü pilləyə yüksəlib. «Interbrand» şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü illə müqayisədə «Microsoft» brendinin dəyəri 11 faiz yüksəlib, amma «IBM»-də 10 faiz azalıb.
 
«Best Global Brands  2015» reytinqində, həmçinin aşağıdakı İT şirkətləri yer alıb: «Samsung» (7-ci pillə, 45,3 milyard dollar), «Intel» (14-cü pillə, 35,4 milyard dollar), «Cisco» (15-ci pillə, 29,9 milyard dollar), «Oracle» (16-cı pillə, 27,3 milyard dollar), «HP» (18-ci pillə, 23,1 milyard dollar), «SAP» (26-cı pillə, 18,8 milyard dollar), «Adobe» (68-ci pillə, 6,3 milyard dollar) və «Huawei» (88-ci pillə, 4,95 milyard dollar).
 
Çinin «Lenova» şirkəti (100-cü pillə, 4,1 milyard dollar) ilk dəfə reytinqə daxil edilib. «PayPal» ödəmə sistemi 97-сi pillədə qərarlaşıb.
 
«Facebook» sosial şəbəkəsi ən yüksək artım tempi nümayiş etdirib. Belə ki, bu brendin dəyəri 54 faiz yüksəlib və reytinqdə 23-cü pillədə qərarlaşıb.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024