Tarix:06/10/15
ƏMDK-dən qeyd edilib ki, komitənin fəaliyyətində BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri önəmli yer tutur. Daşınmaz əmlakın və torpaq sahələrinin dövlət qeydiyyatı və kadastrı, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və ölkəmizdə tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.
Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Tədbirin məqsədi BMT AİK-ə üzv olan 56 dövlətdə daşınmaz əmlak/torpaq idarəçiliyi çərçivəsində sahəvi reyestr və kadastrların (daşınmaz əmlak, torpaq, meşə, su, ünvan və s.) aparılması prinsipləri, bu sahədəki qanunvericilik bazası, reyestrlərdəki məlumatların elektron uçotu üzrə informasiya sistemlərinin qurulması qaydaları, elektron xidmətlər və sahəvi reyestrlərin qarşılıqlı təması ilə bağlı ölkə təcrübələrinin mübadiləsidir. Eyni zamanda, Azərbaycan reallığı üçün aktual hesab edilən bir sıra digər istiqamətlərdə təcrübələrin təqdim olunması, mövcud çətinliklər və onların həlli yolları, habelə bu sahədə birgə fəaliyyət imkanları haqqında geniş müzakirələrin aparılmasından ibarətdir:
“Daşınmaz əmlak idarəçiliyi məkan (məs., torpaq sahələri haqqında) və inzibati məlumatları (mülkiyyət hüquqları) özündə birləşdirir. Bundan əlavə, daşınmaz əmlak idarəçiliyi məlumat infrastrukturunda məkan məlumatları (məs., topoqrafiya, tikililər) ilə yanaşı, əhalənin reyestri, ünvanlar və ya hüquqi şəxslərin adları kimi inzibati məlumatları özündə birləşdirən digər sahəvi reyestrlər ilə mühüm əlaqələrə malikdir. Bu səbəbdən, məlumatların üst-üstə düşməsinin və təkrar istifadəsi imkanının qarşısını almaq üçün bu sahəvi reyestrlərin mahiyyəti dəqiqləşdirilməlidir. Gələcəkdə müstəqil, lakin əlaqəli olan bu reyestrlərin təkmilləşdirilməsindən asılı olaraq, əsas diqqət təkcə bir məlumat bazasının hüquqları çərçivəsində aparılan işlərə deyil, həmçinin məlumat bazaları arasında qarşılıqlı əlaqələr məsələsinə də yönəldilməlidir”.
Tədbirdə BMT AİK-ə üzv dövlətlərin, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatların, yerli icra hakimiyyəti orqanlarının, işgüzar dairələrin, habelə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
Bakıda keçiriləcək beynəlxalq tədbirdə reyestrlərdəki məlumatların elektron uçotu üzrə informasiya sistemlərinin qurulması, elektron xidmətlər müzakirə olunacaq
BMT Avropa İqtisadi Komissiyası (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 29–30 oktyabr tarixlərində Bakı şəhərində “BMT AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbir keçiriləcək.ƏMDK-dən qeyd edilib ki, komitənin fəaliyyətində BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri önəmli yer tutur. Daşınmaz əmlakın və torpaq sahələrinin dövlət qeydiyyatı və kadastrı, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və ölkəmizdə tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.
Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Tədbirin məqsədi BMT AİK-ə üzv olan 56 dövlətdə daşınmaz əmlak/torpaq idarəçiliyi çərçivəsində sahəvi reyestr və kadastrların (daşınmaz əmlak, torpaq, meşə, su, ünvan və s.) aparılması prinsipləri, bu sahədəki qanunvericilik bazası, reyestrlərdəki məlumatların elektron uçotu üzrə informasiya sistemlərinin qurulması qaydaları, elektron xidmətlər və sahəvi reyestrlərin qarşılıqlı təması ilə bağlı ölkə təcrübələrinin mübadiləsidir. Eyni zamanda, Azərbaycan reallığı üçün aktual hesab edilən bir sıra digər istiqamətlərdə təcrübələrin təqdim olunması, mövcud çətinliklər və onların həlli yolları, habelə bu sahədə birgə fəaliyyət imkanları haqqında geniş müzakirələrin aparılmasından ibarətdir:
“Daşınmaz əmlak idarəçiliyi məkan (məs., torpaq sahələri haqqında) və inzibati məlumatları (mülkiyyət hüquqları) özündə birləşdirir. Bundan əlavə, daşınmaz əmlak idarəçiliyi məlumat infrastrukturunda məkan məlumatları (məs., topoqrafiya, tikililər) ilə yanaşı, əhalənin reyestri, ünvanlar və ya hüquqi şəxslərin adları kimi inzibati məlumatları özündə birləşdirən digər sahəvi reyestrlər ilə mühüm əlaqələrə malikdir. Bu səbəbdən, məlumatların üst-üstə düşməsinin və təkrar istifadəsi imkanının qarşısını almaq üçün bu sahəvi reyestrlərin mahiyyəti dəqiqləşdirilməlidir. Gələcəkdə müstəqil, lakin əlaqəli olan bu reyestrlərin təkmilləşdirilməsindən asılı olaraq, əsas diqqət təkcə bir məlumat bazasının hüquqları çərçivəsində aparılan işlərə deyil, həmçinin məlumat bazaları arasında qarşılıqlı əlaqələr məsələsinə də yönəldilməlidir”.
Tədbirdə BMT AİK-ə üzv dövlətlərin, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatların, yerli icra hakimiyyəti orqanlarının, işgüzar dairələrin, habelə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 650
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır