12px13px15px17px
Tarix:06/10/15

Sentyabrda Beynəlxalq Bankın “ManatExpress” sürətli pulköçürmə sistemindən istifadə edən müştərilərin sayı 5 mini ötüb

Sentyabrda Azərbaycan Beynəlxalq Bankının “ManatExpress” sürətli pulköçürmə sistemindən istifadə edən müştərilərin sayı 5 mini ötüb.
 
Bankdan bildirilib ki, “ManatExpress” fiziki şəxslərə Azərbaycan ərazisində sürətli pulköçürmələrini daha sərfəli şərtlərlə həyata keçirməyə imkan verən bankdaxili sistemdir. Sistemin əsas üstünlüklərinə gəlincə, bu sistemdən istifadə son dərəcə sadədir. Köçürmə cəmi bir neçə dəqiqə ərzində başa çatdırılır.

 
Tarif xeyli sərfəlidir, komissiya haqqı köçürülən məbləğin cəmi 0,4%-i (minimum 1 manat) təşkil edir. “ManatExpress”-dən bankın bütün filial və şöbələrində istifadə etmək olar.
 

Eyni zamanda vəsaiti alan tərəf yalnız şəxsiyyət vəsiqəsini və köçürmənin kodunu təqdim etməklə ona çatacaq pulu bankın istənilən filial və şöbələrindən götürə bilər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024