Tarix:06/10/15
“Amdocs” şirkəti tərəfindən bu yaxınlarda aparılan tədqiqat onu deməyə əsas verir ki, tezliklə mobil maliyyə sahəsində liderlik uğrunda mübarizəyə Avropa ölkələri də qoşulacaq.
Tədqiqatda iştirak edən avropalıların təxminən yarısı smartfonlardan mal və xidmətlərin ödənişi üçün istifadə etməyib. Bu, regionda mobil ödənişlərin inkişafı üçün yaxşı potensialdır. Hazırda avropalılar mobil bankçılqıdan nadir hallarda istifadə edir, telefondan müxtəlif xidmətlər üçün ödənişlər həyata keçirmirlər. Bununla belə, Avropa bazarının bunda maraqlı olmasını bildirən çoxlu əlamətlər görmək mümkündür.
Respondentlərin 15 faizi yaxın bir ildə mobil maliyyə xidmətlərindən istifadə etmək niyyətindədir. 50 faizi mobil ödəniş provayderlərinin onlara kifayət qədər ödəniş təklif edəcəyi halda ənənəvi ödəniş alətlərindən istifadədən imtina etməyə hazırdır.
Tədqiqatın nəticələrindən mobil maliyyə provayderləri üçün verilən tövsiyələri qeyd etmək olar:
Rəyi soruşulanların 45 faizi mobil ödənişlərdən onların təhlükəsiz olmasına əmin olduqdan sonra aktiv istifadə edəcək.
44 faiz smartfonlardan ödənişlərin çoxlu ticarət nöqtələrində dəstəkləndiyi halda bu xidmətdən istifadəyə hazırdır.
37 faiz aksiya və endirimlərdə maraqlıdır.
32 faiz mobil ödəniş provayderlərinin ödənişlərin emalı üçün komissiyanın azaldılmasını istəyir.
Həmçinin istifadəçilərin 30 faizi mobil qurğudan ödənişin rahat olmasını arzulayır.
Böyük Britaniya artıq mobil ödənişlər sahəsində yaxşı nəticələrə nail olub. Lakin bu tendensiya digər Avropa ölkələrində yayılmayıb, - "Payspacemagazine” yazır.
Hansı region mobil maliyyə sahəsində lider olacaq?
Son vaxtlar mobil maliyyə sahəsində yeni həllər dünyanın müxtəlif regionlarında, o cümlədən Şimali Amerika və Asiyada istifadəyə verilib.“Amdocs” şirkəti tərəfindən bu yaxınlarda aparılan tədqiqat onu deməyə əsas verir ki, tezliklə mobil maliyyə sahəsində liderlik uğrunda mübarizəyə Avropa ölkələri də qoşulacaq.
Tədqiqatda iştirak edən avropalıların təxminən yarısı smartfonlardan mal və xidmətlərin ödənişi üçün istifadə etməyib. Bu, regionda mobil ödənişlərin inkişafı üçün yaxşı potensialdır. Hazırda avropalılar mobil bankçılqıdan nadir hallarda istifadə edir, telefondan müxtəlif xidmətlər üçün ödənişlər həyata keçirmirlər. Bununla belə, Avropa bazarının bunda maraqlı olmasını bildirən çoxlu əlamətlər görmək mümkündür.
Respondentlərin 15 faizi yaxın bir ildə mobil maliyyə xidmətlərindən istifadə etmək niyyətindədir. 50 faizi mobil ödəniş provayderlərinin onlara kifayət qədər ödəniş təklif edəcəyi halda ənənəvi ödəniş alətlərindən istifadədən imtina etməyə hazırdır.
Tədqiqatın nəticələrindən mobil maliyyə provayderləri üçün verilən tövsiyələri qeyd etmək olar:
Rəyi soruşulanların 45 faizi mobil ödənişlərdən onların təhlükəsiz olmasına əmin olduqdan sonra aktiv istifadə edəcək.
44 faiz smartfonlardan ödənişlərin çoxlu ticarət nöqtələrində dəstəkləndiyi halda bu xidmətdən istifadəyə hazırdır.
37 faiz aksiya və endirimlərdə maraqlıdır.
32 faiz mobil ödəniş provayderlərinin ödənişlərin emalı üçün komissiyanın azaldılmasını istəyir.
Həmçinin istifadəçilərin 30 faizi mobil qurğudan ödənişin rahat olmasını arzulayır.
Böyük Britaniya artıq mobil ödənişlər sahəsində yaxşı nəticələrə nail olub. Lakin bu tendensiya digər Avropa ölkələrində yayılmayıb, - "Payspacemagazine” yazır.
Baxış sayı: 789
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib