Tarix:06/10/15
Əmr "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1413 nömrəli Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadion, arena, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə imzalanıb.
Əmrə əsasən, Nazirin rəhbərliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə və müəssisələrinin, habelə, yerli İT şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb.
Qərargah oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlərin görülməsini həyata keçirəcək.
Eyni zamanda, oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılması, işlərin gedişatı barədə operativ və mütəmadi məlumatların hazırlanaraq nazirə məruzə edilməsi, texniki təkliflərin hazırlanması, məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssis və əlavə ekspertlər cəlb edilməsinin təmini Qərargahın öhdəliklərinə daxildir.
Bundan başqa, Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə əlaqələndirici işçi qrupu da təyin edilib.
Nazir IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzaladı
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi haqqında əmr imzalayıb.
Əmr "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli 1413 nömrəli Sərəncamına uyğun olaraq, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi və Oyunların keçiriləcəyi stadion, arena, idman mərkəzlərinin keyfiyyətli, fasiləsiz və dayanıqlı telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədi ilə imzalanıb.
Əmrə əsasən, Nazirin rəhbərliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə və müəssisələrinin, habelə, yerli İT şirkətlərinin və mobil rabitə operatorlarının rəhbərlərinin təmsil olunduğu qərargah yaradılıb.
Qərargah oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlərin görülməsini həyata keçirəcək.
Eyni zamanda, oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılması, işlərin gedişatı barədə operativ və mütəmadi məlumatların hazırlanaraq nazirə məruzə edilməsi, texniki təkliflərin hazırlanması, məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssis və əlavə ekspertlər cəlb edilməsinin təmini Qərargahın öhdəliklərinə daxildir.
Bundan başqa, Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə əlaqələndirici işçi qrupu da təyin edilib.
Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı