12px13px15px17px
Tarix:07/10/15

Regionda rəqəmsal transformasiya ilə bağlı təcrübə mübadiləsi aparmaq üçün konfrans keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə “Rəqəmləşdirilmə media azadlığı üçün” (Digitalisation for Freedom of the Media) mövzusunda konfrans keçirilib. 
 
 
ATƏT-in təşkilatçılığı ilə keçirilən ikigünlük konfransı bu təşkilatın media azadlığı üzrə nümayəndəsinin baş müşaviri Juan Barata Mir açaraq yeni media ilə bağlı dünya təcrübəsindən danışıb. 
 
 
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç isə giriş nitqində konfransın Cənubi Qafqaz ölkələrində kütləvi informasiya vasitələrinin azadlığı, bu istiqamətdə son 12 ildə qanunvericilikdə və təcrübədə həyata keçirilən dəyişikliklər ətrafında fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan yaradacağını bildirərək,
regionun mass-mediasında irəliləyişin hiss olunmasından məmnunluğunu ifadə edib.
 
 
 O vurğulayıb ki, rəqəmləşdirilmə media azadlığı və plüralizmin  möhkəmlənməsi üçün imkanlar yaradır. Yeni kommunikasiya vasitələri  daha çox informasiya əldə etmək və daha sərbəst özümüzü ifadə etmək üçün zəmindir.
 
 
 
Qeyd edək ki, konfrans regionda rəqəmsal transformasiya və onun azad media və  ifadə azadlığına təsiri ilə bağlı təcrübə mübadiləsi  məqsədi ilə Azərbaycan, Ermənistan və Gürcüstanın  media siyasəti və yayım sahəsində ekspertləri ilə yanaşı, Bosniya və Herseqovina, Danimarka, Almaniya və Sloveniya mütəxəssisləri,  vətəndaş cəmiyyəti və hökumət nümayəndələrinin iştirakı ilə baş tutub .
 
 
 Müzakirələr zamanı tənzimləyici orqanların rəqəmli mühitdə rolu və rəqəmsal keçidin kütləvi informasiya vasitələrində təsiri diqqət mərkəzində saxlanılıb.
 
 
ATƏT-in KİV-in azadlığı məsələləri üzrə baş məsləhətçisi Juan Barata konfransın keçirilməsində məqsədin Cənubi Qafqaz ölkələri nümayəndələrinin görüşünü təşkil edib görülən işlərə, qarşıda duran vəzifələrə onların münasibətini öyrənmək olduğunu söyləyib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, mövcud problemləri öyrənmək, bu problemlərin həlli yollarını müəyyənləşdirmək barədə fikir mübadiləsinin aparılması baxımından da konfrans mühüm əhəmiyyət kəsb edir.
 
 
Məlumat üçün bildirək ki, sözügedən tədbirdən Azərbaycan Respublikasından geniş tərkibdə nümayəndə heyəti iştirak edib.
 
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və İnsan Resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov çıxış edərək müzakirə olunan məsələlərlə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
 
Sonda konfransın tövsiyələri qəbul olunub.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024