Tarix:07/10/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, son bir aya yaxın müddət ərzində şirkət ölkə ərazisində ən müasir və innovativ texnologiyaları tətbiq etməklə 50-dən artıq yeni baza stansiyası quraşdırmağa nail olub. Hazırda “Bakcell”in 2961 “2G”, 2018 “3G” və 373 “4G” stansiyası mövcuddur.
Baza stansiyalarının sayındakı artım öz növbəsində yüksək keyfiyyətli mobil rabitə və internet xidmətini təmin etməyə şərait yaradıb.
Bu ilin ikinci rübündə aparılan mobil şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin nəticələrinə görə, “Bakcell” yüksək keyfiyyətli səs rabitəsi, sabit internet əlaqəsi və yüksəksürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib. “3G” şəbəkəsində 42 Mbit/s qədər sürətə nail olmaqla şirkət DC-HSPA and HSPA+ texnologiyalarında ən yüksək penetrasiya göstəriciləri nümayiş etdirir.
“Bakcell” müştəri məmnuniyyətini daha da artırmaq məqsədi ilə növbəti 6 ay ərzində “4G” baza stansiyalarının sayını 1000-ə çatdırmağı planlaşdırır.
Aynur Vəliyeva
“Bakcell” baza stansiyalarının sayını artırır
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti baza stansiyalarının sayını sürətlə artırır.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, son bir aya yaxın müddət ərzində şirkət ölkə ərazisində ən müasir və innovativ texnologiyaları tətbiq etməklə 50-dən artıq yeni baza stansiyası quraşdırmağa nail olub. Hazırda “Bakcell”in 2961 “2G”, 2018 “3G” və 373 “4G” stansiyası mövcuddur.
Baza stansiyalarının sayındakı artım öz növbəsində yüksək keyfiyyətli mobil rabitə və internet xidmətini təmin etməyə şərait yaradıb.
Bu ilin ikinci rübündə aparılan mobil şəbəkələrin müstəqil keyfiyyət monitorinqlərinin nəticələrinə görə, “Bakcell” yüksək keyfiyyətli səs rabitəsi, sabit internet əlaqəsi və yüksəksürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib. “3G” şəbəkəsində 42 Mbit/s qədər sürətə nail olmaqla şirkət DC-HSPA and HSPA+ texnologiyalarında ən yüksək penetrasiya göstəriciləri nümayiş etdirir.
“Bakcell” müştəri məmnuniyyətini daha da artırmaq məqsədi ilə növbəti 6 ay ərzində “4G” baza stansiyalarının sayını 1000-ə çatdırmağı planlaşdırır.
Aynur Vəliyeva
Baxış sayı: 544
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır