12px13px15px17px
Tarix:07/10/15

ABŞ-ın İT nəhənglərinin ofşor gəlirlərinin həcmi məlum olub

Ədalətli Vergi qoyma Mərkəzi («Citizens for Tax Justice») və istehlakçıların hüquqlarının müdafiəsi üzrə Təşkilatın Təhsil fondu («U.S. Public Interest Research Group Education Fund») tərəfindən birgə keçirilmiş tədqiqata əsasən, «Fortune 500» siyahısına daxil olan ABŞ-ın ən böyük korporasiyaları ofşorlarda 2,1 trilyon dollar məbləğində vəsait saxlayırlar.
 
 
«Apple» üç ofşor strukturunda 181,1 milyard dollar saxlayır və beləliklə, bu yolla vergidən yayınır. Nəticədə «iPhone» və «iPad» istehsalçısı vergidən təxminən 59,2 milyard dollar yayındıra bilib. «Microsoft» ofşor strukturların köməyi ilə vergidən 108,3 milyard dollar yayındırıb.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, gəlirinin bir hissəsini ofşor şirkətlərdə gizlədən ABŞ-ın bir sıra başqa İT korporasiyaların adı tədqiqatda qeyd edilib. Belə ki, «IBM» vergidən 61,4 milyard dollar, «Cisco» 52,7 milyard dollar yayındırır. İnternet nəhəngində bu göstərici 47,4 milyard dollar təşkil edir.
 
 
Bildirək ki, 50-dən çox korporasiya ofşor strukturlarda yerləşdirilmiş gəlirini vətənə geri qaytardığı halda, 184,4 milyard dollar məbləğində vergi ödəməli olacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024