Tarix:07/10/15
Bank holdinqinin mütəxəssisləri 99 ABŞ və 49 Avropa şirkətinin informasiya texnologiyaları üzrə direktorları arasında sorğu keçirərək 2015-ci ildə onlar üçün nə qədər pul ayrılmasını və 2016-cı ildə İT sahəsinə nə qədər vəsaitin xərclənməsinin planlaşdırılmasını müəyyənləşdiriblər.
Bildirilir ki, 2015-ci ildə İT şöbələrinin rəhbərləri “bulud” hesablamaları, informasiya təhlükəsizliyi və biznes analitikası kimi əsas aspektlərə daha çox maliyyə ayırmağa başlayıblar. Müəssisələr tərəfindən İT xərcləri üçün büdcənin artırılmasından daha çox faydalanacaq şirkətlər sırasına “Microsoft”, “Cisco Systems”, “Palo Alto Networks”, “Tableau Software” və “Splunk” daxildir.
Analitiklərin sözlərinə görə, “Microsoft” korporasiyası növbəti üç ildə artım tendensiyasından hamıdan çox fayda götürəcək. İT şöbələrinin vəsait yatırdığı sahələrə brandmauerlərin (internet və ya şəbəkə vasitəsilə alınan məlumatları yoxlamağa və onları bloklamağa və ya kompüterə daxil olmağa imkan verən proqram təminatı və ya avadanlıq) təkmilləşdirilməsi, elektron poçtun təhlükəsizliyi və kiberhücumların qarşısının alınması aid edilir. “Palo Alto Networks” və “Splunk” məhz yuxarıda qeyd olunan aspektlərlə işləyir. Ekspertlər həmçinin qeyd ediblər ki, getdikcə daha çox müəssisənin universal kompüterlərdən “bulud” hesablama kompüterlərinə keçməsinə görə "IBM” və “Hewlett-Packard” kimi şirkətlər ziyan çəkə bilər.
İnformasiya texnologiyaları üzrə şöbə rəhbərlərinin gözləntilərinə görə, bu il İT xərcləri üçün büdcə 4,7 faiz artacaq, halbuki “Morgan Stanley”nin iyun hesabatında artımın 4,4 faiz olacağı proqnozlaşdırılıb. İT direktorlarının proqnozlarına görə, 2016-cı ildə xərclər 5,3 faiz çoxalacaq, - "SecurityLab” yazır.
“Morgan Stanley”: 2016-cı ildə İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq
ABŞ-ın "Morgan Stanley” bank holdinqinin tədqiqatına görə, 2016-cı ildə “bulud” servisləri, informasiya təhlükəsizliyi və proqram təminatı analitikası üçün korporativ xərclər artacaq.Bank holdinqinin mütəxəssisləri 99 ABŞ və 49 Avropa şirkətinin informasiya texnologiyaları üzrə direktorları arasında sorğu keçirərək 2015-ci ildə onlar üçün nə qədər pul ayrılmasını və 2016-cı ildə İT sahəsinə nə qədər vəsaitin xərclənməsinin planlaşdırılmasını müəyyənləşdiriblər.
Bildirilir ki, 2015-ci ildə İT şöbələrinin rəhbərləri “bulud” hesablamaları, informasiya təhlükəsizliyi və biznes analitikası kimi əsas aspektlərə daha çox maliyyə ayırmağa başlayıblar. Müəssisələr tərəfindən İT xərcləri üçün büdcənin artırılmasından daha çox faydalanacaq şirkətlər sırasına “Microsoft”, “Cisco Systems”, “Palo Alto Networks”, “Tableau Software” və “Splunk” daxildir.
Analitiklərin sözlərinə görə, “Microsoft” korporasiyası növbəti üç ildə artım tendensiyasından hamıdan çox fayda götürəcək. İT şöbələrinin vəsait yatırdığı sahələrə brandmauerlərin (internet və ya şəbəkə vasitəsilə alınan məlumatları yoxlamağa və onları bloklamağa və ya kompüterə daxil olmağa imkan verən proqram təminatı və ya avadanlıq) təkmilləşdirilməsi, elektron poçtun təhlükəsizliyi və kiberhücumların qarşısının alınması aid edilir. “Palo Alto Networks” və “Splunk” məhz yuxarıda qeyd olunan aspektlərlə işləyir. Ekspertlər həmçinin qeyd ediblər ki, getdikcə daha çox müəssisənin universal kompüterlərdən “bulud” hesablama kompüterlərinə keçməsinə görə "IBM” və “Hewlett-Packard” kimi şirkətlər ziyan çəkə bilər.
İnformasiya texnologiyaları üzrə şöbə rəhbərlərinin gözləntilərinə görə, bu il İT xərcləri üçün büdcə 4,7 faiz artacaq, halbuki “Morgan Stanley”nin iyun hesabatında artımın 4,4 faiz olacağı proqnozlaşdırılıb. İT direktorlarının proqnozlarına görə, 2016-cı ildə xərclər 5,3 faiz çoxalacaq, - "SecurityLab” yazır.
Baxış sayı: 579
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır