Tarix:08/10/15
Universitetdən verilən məlumata görə, bu məqsədlə yaradılan “http://admission.unec.edu.az/” səhifəsi vasitəsi ilə edilən e-müraciətlərin hamısına baxılıb. Belə ki, müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may, 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb.
Bundan sonra tələblərə cavab verən müraciətçilərlə “Skype” vasitəsilə onlayn müsahibələr təşkil olunub. Sonda UNEC-də təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib. Hazırda UNEC-də 225 əcnəbi tələbə təhsil alır.
“2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 51 əcnəbi tələbə qəbul olunub. Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü magistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.
Xarici tələbələr əsasən dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər.
Tələbələr arasında daha çox Nigeriya vətəndaşları üstünlük təşkil edir – 21 nəfər. Ümumilikdə isə, UNEC-də təhsil alacaq əcnəbi tələbələr Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Tatarıstan, İran, Küveyt və Pakistan vətəndaşlarıdır” – deyə universitetdən bildirilib.
SEYMUR
Azərbaycanda elektron müraciət edən xarici tələbələr üçün “Skype” vasitəsilə onlayn müsahibələr təşkil olunub
Əcnəbi tələbələr tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 85 elektron müraciət qəbul olunub. Buna səbəb əcnəbi tələbələrin UNEC-ə qəbul prosesinin bu ildən etibarən yalnız elektron formada aparılmasıdır.Universitetdən verilən məlumata görə, bu məqsədlə yaradılan “http://admission.unec.edu.az/” səhifəsi vasitəsi ilə edilən e-müraciətlərin hamısına baxılıb. Belə ki, müraciətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may, 2015-ci il tarixli, 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərinə əsasən yoxlanılıb.
Bundan sonra tələblərə cavab verən müraciətçilərlə “Skype” vasitəsilə onlayn müsahibələr təşkil olunub. Sonda UNEC-də təhsil almaları uyğun hesab edilən 51 nəfər seçilib. Hazırda UNEC-də 225 əcnəbi tələbə təhsil alır.
“2015/2016-cı tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 51 əcnəbi tələbə qəbul olunub. Onlardan 21-i əcnəbi tələbələr üçün hazırlıq kurslarını, 19-u bakalavr, 3-ü magistratura, 7-si MBA, 1-i isə doktorantura təhsilini seçiblər.
Xarici tələbələr əsasən dünya iqtisadiyyatı və maliyyə ixtisaslarına üstünlük veriblər.
Tələbələr arasında daha çox Nigeriya vətəndaşları üstünlük təşkil edir – 21 nəfər. Ümumilikdə isə, UNEC-də təhsil alacaq əcnəbi tələbələr Rusiya, Türkiyə, Özbəkistan, Gürcüstan, Tatarıstan, İran, Küveyt və Pakistan vətəndaşlarıdır” – deyə universitetdən bildirilib.
SEYMUR
Baxış sayı: 653
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır