12px13px15px17px
Tarix:09/10/15

«Facebook»da xoşa gəlməyən hadisələrə smayliklər vasitəsi ilə reaksiya bildiriləcək

«Facebook» sosial şəbəkəsi «like» düyməsinə alternativ olaraq düşünülmüş düymələri sınaqdan keçirəcək.
 
 
İstifadəçilər bu və ya digər yazı ilə bağlı fikirlərini düymələrin köməyi ilə ifadə edəcəklər. Müvafiq düymələr smayliklər şəklində təqdim olunacaq.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, yenilikdən ilk olaraq irlandiyalılar və ispanlar istifadə edəcəklər. Bu gündən onlar hiss və emosiyaların smayliklərlə ifadə olunması imkanı əldə edəcək.
 
 
Cari ilin sentyabrında «Facebook»un qurucusu Mark Zukerberq bəyan etmişdi ki, istifadəçilərin "layk" düyməsinin alternativinə ehtiyacı var. O, faciəli hadisələr haqda xəbərləri nümunə kimi göstərərək "layk" düyməsinin hiss və həyəcanın ifadə olunması zamanı yeterli olmadığını etiraf etmişdi.

Lakin o zaman belə, Zukerberq şirkətin sosial şəbəkəyə «dislike» düyməsi əlavə etməsi ilə bağlı xəbəri təkzib etmişdi.

 
 
Emil Hüseynov



Baxış sayı: 1053

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024