Tarix:09/10/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “http://www.turklib.az” saytında bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini “http://www.turklib.az” vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.
Elektron resursun əsas bölməsi “Ümumtürk yazılı abidələri” adlanır. Orta türk dövrünün möhtəşəm yazılı abidələrindən olan “Kül-Tegin: Orhun-Yenisey Yazıtları VI-VIII” kitabəsi, “Bilqamıs” dastanı, Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”, Əhməd Yasəvinin “Divani-Hikmət”, “Kitabi-Dədə Qorqud”, Fəzlullah Rəşadəddinin “Oğuznamə” əsərlərinin elektron variantları bir neçə dildə bu bölmədə toplanıb.
“Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və s. türk epik dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur.
Layihənin üçüncü bölməsində ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri, monoqrafiyaları və ensiklopediyaların elektron variantları verilmişdir. Məşhur alimlərdən V.V. Radlovun, S.Y. Malovun, B.A. Jetpisbayevanın, H.B. Paksoyun, M.İ. Çığın, Nizami Cəfərovun, Kamal Abdullanın, yazıçı Anarın və başqalarının tədqiqat əsərləri də bu bölmədə toplanıb.
Dördüncü bölmədə ayrı-ayrı elmi nəşrlərdən - “Türkologiya”, “Bakı Slavyan Universitetinin Elmi əsərləri”, “Türk Dünyası İncelemeleri Dergisi”, “Milli Folklor”, “Kitabxanaşünaslıq və informasiya”, “İRS Naslediye”, “Sovetskaya tyurkoloqiya” jurnallarından və ədəbi-bədii nəşrlərdən “Azərbaycan”, “Qobustan”, “Ozan dünyası”, “Dədə Qorqud”, “Ulduz” jurnallarından seçmə məqalələrin mətnləri verilib.
Resursun tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən biri də türkdilli xalqların kitab abidələri və folklor nümunələrinə aid müxtəlif dillərdə yazılmış kitabların və dissertasiyaların biblioqrafiyasının tərtib edilməsidir. Elektron resurs vasitəsilə İnternet istifadəçilərinə həmçinin, bu mövzuya dair faydalı linklərin ünvanları da təqdim olunur.
Aynur Vəliyeva
“AzNet”-də “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” adlı elektron resurs yaradılıb
Azərbaycanda Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin Kitabxananın fonduna daxil olan nümunələrinin elektron versiyalarından ibarət “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” adlı elektron resurs yaradıblar.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “http://www.turklib.az” saytında bu layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini “http://www.turklib.az” vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.
Elektron resursun əsas bölməsi “Ümumtürk yazılı abidələri” adlanır. Orta türk dövrünün möhtəşəm yazılı abidələrindən olan “Kül-Tegin: Orhun-Yenisey Yazıtları VI-VIII” kitabəsi, “Bilqamıs” dastanı, Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”, Əhməd Yasəvinin “Divani-Hikmət”, “Kitabi-Dədə Qorqud”, Fəzlullah Rəşadəddinin “Oğuznamə” əsərlərinin elektron variantları bir neçə dildə bu bölmədə toplanıb.
“Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və s. türk epik dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur.
Layihənin üçüncü bölməsində ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərləri, monoqrafiyaları və ensiklopediyaların elektron variantları verilmişdir. Məşhur alimlərdən V.V. Radlovun, S.Y. Malovun, B.A. Jetpisbayevanın, H.B. Paksoyun, M.İ. Çığın, Nizami Cəfərovun, Kamal Abdullanın, yazıçı Anarın və başqalarının tədqiqat əsərləri də bu bölmədə toplanıb.
Dördüncü bölmədə ayrı-ayrı elmi nəşrlərdən - “Türkologiya”, “Bakı Slavyan Universitetinin Elmi əsərləri”, “Türk Dünyası İncelemeleri Dergisi”, “Milli Folklor”, “Kitabxanaşünaslıq və informasiya”, “İRS Naslediye”, “Sovetskaya tyurkoloqiya” jurnallarından və ədəbi-bədii nəşrlərdən “Azərbaycan”, “Qobustan”, “Ozan dünyası”, “Dədə Qorqud”, “Ulduz” jurnallarından seçmə məqalələrin mətnləri verilib.
Resursun tədqiqatçılar üçün xüsusi önəm daşıyan bölmələrindən biri də türkdilli xalqların kitab abidələri və folklor nümunələrinə aid müxtəlif dillərdə yazılmış kitabların və dissertasiyaların biblioqrafiyasının tərtib edilməsidir. Elektron resurs vasitəsilə İnternet istifadəçilərinə həmçinin, bu mövzuya dair faydalı linklərin ünvanları da təqdim olunur.
Aynur Vəliyeva
Baxış sayı: 1130
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib