12px13px15px17px
Tarix:09/10/15

“Azərkosmos” ASC Fransanın “Airbus Defence and Space” şirkəti ilə əməkdaşlıq çərçivəsində proqram təminatı təchizatını yerinə yetirib

Qafqazın ilk peyk operatoru “Azərcosmos” ASC Fransanın “Airbus Defence and Space” şirkəti  arasında strateji əməkdaşlıq sazişi əsasında “Azersky” peyk təsvirlərinin emalı məqsədi ilə “PixelFactory” proqram təminatının təchizatı yerinə yetirilib.
 
Qeyd edək ki, təsvirlərin fotoqrammetrik emalı üçün nəzərdə tutulmuş bu proqram təminatı dünyada bir sıra aparıcı şirkətlər tərəfindən istifadə olunur. “PixelFactory” proqram təminatı vasitəsilə sifarişçinin tələbləri əsasında peyk təsvirlərinin bütün fotoqrammetrik emal proseslərini yüksək dəqiqliklə yerinə yetirmək mümkündür.
 
 
Artıq proqram təminatının “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin xüsusi server sistemində quraşdırılması və sınaq testlərinın keçirilməsi prosesi başa çatıb. Hal-hazırda “Airbus” şirkətinin əməkdaşları tərəfindən “Azərkosmos”un mütəxəssisləri üçün təlim proqramı həyata keçirilir. Təlim proqramı sona yetdikdən sonra istehsalat prosesini dəstəkləmək məqsədi ilə “Airbus” şirkətinin əməkdaşı bir il ərzində Bakıda olacaq.
 
 
Bu proqram təminatının istifadəsi “Azərkosmos”a təsvirlərin emal prosesinin dəqiqliyini yüksəltməklə yanaşı, irihəcmli məlumatların emal prosesi vaxtını qısaltmağa imkan verəcək.
 
 
 
 
 



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024